AccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir

AccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirirAccessBank Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) tərəfindən həyata keçirilən "Azərbaycanda qadın səlahiyyətləndirilməsi mərkəzləri" layihəsi və Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin "Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsi çərçivəsində növbəti təlimləri həyata keçirib. 
Bakıda təşkil edilən təlim qadınların maliyyə savadlılığının artırılması mövzusuna həsr edilib. 
Təlimlərə cəlb edilən qadın sahibkarlara "Sahibkar kredit götürərkən nəyə fikir verməlidir?", "Borc almağın müsbət və mənfi tərəfləri" mövzularında  Thomaz International-Azerbaycan təşkilatının regional meneceri Rauf Ağayev,  "Azərbaycan kredit bürosunun fəaliyyəti və xidmətləri" mövzusunda AKB nümayəndəsi İlkin Ağayev, "Birlikdə daha risksiz: Sığortalının bizneslər üçün əhəmiyyəti" mövzusunda Paşa Sığorta şirkətinin nümayəndələri Hikmət Əliyev və Orxan Axundov təlimlər keçdilər.
Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Pərvin Qəhrəmanova sahibkarlara "Maliyyə məlumatlılığı nədir? Mərkəzi Bankın aliyyə məlumatlılığı resursları" mövzusunda  təlim keçərək sahibkarların peşəkar inkişafı və doğru maliyyə xidmətlərini seçə bilmələri üçün yaratdığı imkanlarla tanış etmişdir. 
Daha sonra AccessBank-ın əməkdaşı Pərvin Məmmədov "İstehlakçı hüquqlarının müdafiəsi" mövzusunda  sahibkarlara fəaliyyət dövründə lazım olan mövzularla bağlı təlim keçərək iştirakçıların suallarını cavablandırdı.   
Lənkəran şəhərində keçirilən təlimdə isə klinik psixoloq Könül Qasımova qadın sahibkarlara "Emosional zəka və müştəri ilə münasibət" mövzusunda təlim keçərək kommunikasiyalarda emosional münasibətlərin vacibliyini qeyd etdi.  
Gəncə şəhərində təşkil edilən təlim əsasən "Maliyyə savadlılığının artırılması" mövzusuna həsr edlilib, sahibkar qadınlara biznesin və vəsaitlərin idarə edilməsinə dair təlimatlar təqdim edilib.  
AccessBank-ın dəstəyi ilə növbəti təlimlər Gəncə və Şəki şəhərlərində keçiriləcək və "Emosional zəka və müştəri ilə münasibət", "Maliyyə savadlılığı və maliyyəyə çıxış imkanları", "SMM üçün fotoçəkiliş", "Qadın liderliyi və qərarvermə proseslərində qadınların rolunun artırılması" kimi mövzulara həsr ediləcək. 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirirAccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirirAccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirirAccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirirAccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirirAccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir/ azxeber.com

İqtisadiyyat       Tarix: 16 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun cəbhədən xəbər valyuta mezenesi ən son xəbər