AccessBank Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından təşəkkürnamə aldı
Bakı Fond Birjasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) tərəfdaşlığı ilə gender bərabərliyinə həsr olunmuş sayca 3-cü "Açılış Zəngi" mərasimi keçirilib.
azxeber.com xəbər verir ki, açılış mərasiminə dövlət və özəl sektorda fəaliyyət göstərən qadın nümayəndələr qatıldı. Tədbirdə AccessBank-ın İnsan Resursları üzrə İcraçı direktoru Nigar Hüseynzadə Bankın BMT-in Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşulması və bu prinsiplərin Bankın fəaliyyətinə gətirdiyi yeniliklər barədə təqdimatla çıxış etdi. AccessBank Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinin uğurlu tətbiqinə görə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından (BMTİP) təşəkkürnamə aldı.
BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır və müəssisələri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir.
Azərbaycanda hazırda 21 şirkət Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub. AccessBank bu prinsiplərə dəstək olan ilk Azərbaycan bankıdır.
AccessBankAzərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və ortabizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı,Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalqmaliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda,16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətlərihaqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin saytına, və ya bankın sosial şəbəkələrdə (, , ) hesablarına daxil olmaq olar.



Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti