AccessBank-dan "Sərbəst depozit": Yüksək gəlir və tam sərbəstlik
Müştəriyönümlü yanaşması ilə seçilən AccessBank "Sərbəst depozit" məhsulunu təqdim edir. Bu əmanət həm yüksək gəlir, həm də vəsaitlər üzərində tam sərbəstlik imkanı yaradır.
"Sərbəst depozit"in ən böyük üstünlüyü, əmanət məbləğini istənilən vaxt artırmaq və ya geri götürmək imkanıdır. Bu çeviklik müştərilərə öz yığım planlarını rahatlıqla qurmağa, ehtiyaclarına uyğun dəyişikliklər etməyə imkan yaradır.
Məhsulun daha bir üstünlüyü isə faizlərin kapitallaşmasıdır. Bu imkan sayəsində gəlirlik daha da artır və vəsait daim böyüyür.
Depozit açmaq üçün tələb olunan minimum məbləğ cəmi 100 AZN və ya 100 USD təşkil edir. Bu isə məhsulu həm fiziki şəxslər, həm də fərdi sahibkarlar üçün əlçatan edir.
"Sərbəst depozit" üzrə faiz dərəcələri milli valyuta (AZN) üzrə fiziki şəxslər üçün illik 9.5%, fərdi sahibkarlar üçün 6%, ABŞ Dolları (USD) üzrə isə fiziki şəxslər üçün illik 3%, fərdi sahibkarlar üçün 2% təşkil edir.
AccessBank hər zaman olduğu kimi, müştərilərinə ehtiyac və gözləntilərinə uyğun innovativ, sərfəli və rahat maliyyə həlləri təqdim etməyə davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz. / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam