AccessBank və AYİB Risklərin Bölüşdürülməsi Proqramı çərçivəsində restoran biznesinin genişlənməsini birgə maliyyələşdirib

AccessBank və AYİB Risklərin Bölüşdürülməsi Proqramı çərçivəsində restoran biznesinin genişlənməsini birgə maliyyələşdiribAccessBank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda özəl sahibkarlığın dəstəklənməsi və inkişafına yönəlmiş Risklərin Bölüşdürülməsi Proqramı (Risk Sharing Facility) çərçivəsində strateji tərəfdaşlıqlarını davam etdirirlər.
Əməkdaşlığın növbəti mərhələsi çərçivəsində maliyyə dəstəyi Pizza Mizza şirkətinə təqdim olunub. Razılaşmaya əsasən, şirkətə biznesin genişləndirilməsi və bazar mövqelərinin möhkəmləndirilməsi məqsədilə 4 milyon manat məbləğində kredit ayrılacaq.
Sənədi AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri, AYİB-in Kiçik və Orta Biznesin Maliyyələşdirilməsi və İnkişafı Qrupunun İdarəedici Direktoru Zsuzsanna Hargitai və Pizza Mizza-nın Baş direktoru Aslan Hajiyev imzalayıblar.
Risklərin Bölüşdürülməsi Proqramı layihələrin maliyyələşdirilməsində tərəflərin bərabər iştirakını nəzərdə tutur. Bu mexanizm banka dinamik inkişaf edən şirkətləri daha fəal şəkildə dəstəkləməyə, kredit risklərini azaltmağa və maliyyələşmənin davamlılığını təmin etməyə imkan verir.
Risklərin Bölüşdürülməsi özəl sektorun inkişafının stimullaşdırılması üçün effektiv alət hesab olunur. Proqram çərçivəsində müəssisələr biznesin miqyasının genişləndirilməsi, innovativ həllərin tətbiqi və yeni iş yerlərinin yaradılması üçün zəruri olan uzunmüddətli maliyyə resurslarına çıxış əldə edirlər.
AccessBank və AYİB əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsini ölkədə sahibkarlıq mühitinin maliyyə dayanıqlığının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirirlər.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-i bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / azxeber.com

İqtisadiyyat       Tarix: 05 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 valyuta məzənnələri son xeberler az iqtisadiyyat xeberleri bugun