Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək
17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradaraq onları virtual mühitdə yarışdıracaqlar. Bu format iştirakçılara süni intellekt və bulud texnologiyalarından istifadəni praktiki şəkildə öyrənmək imkanı verəcək.
Ənənəvi texnoloji tədbirlərdən fərqli formatda keçiriləcək turnirdə iştirakçılar beş süni intellekt agentindən ibarət futbol komandaları yaradacaq. Onların hər birini süni intellekt agenti — oyundakı vəziyyəti təhlil edib müstəqil qərar verən proqram idarə edəcək. İştirakçılar komandalarının strategiyasını müəyyənləşdirəcək, hazırladıqları proqramları "Amazon Web Services" (AWS) bulud platformasında yerləşdirəcəklər.
Oyun başlayanda virtual futbolçular insan müdaxiləsi olmadan hərəkət edəcək. Süni intellekt agentləri meydandakı vəziyyəti analiz edərək hərəkət, ötürmə, müdafiə, hücum və zərbə kimi qərarları avtonom şəkildə qəbul edəcəklər. İştirakçılar isə agentlərin strategiyasını və davranışını formalaşdıracaq, nəticələri izləyərək komandalarını təkmilləşdirəcəklər.
Tədbirdə fərdi və ya komanda şəklində iştirak etmək mümkündür. Tədbirə qeydiyyat Meetup platforması üzərindən həyata keçirilir.
Azercell-in tədbirə dəstəyi ölkədə süni intellekt üzrə bilik və bacarıqların inkişafına, bulud texnologiyalarının praktiki tətbiqinə və yerli texnologiya icmasının gücləndirilməsinə yönəlmiş fəaliyyətinin davamıdır. Turnir tələbələrə, mühəndislərə və texnologiyaya maraq göstərən şəxslərə yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq üçün effektiv platforma rolunu oynayacaq. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Heyli Biber hamilədir? - Foto
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Paşinyan: Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır
Prezident 'Rebuild Karabakh' sərgisinin iştirakçılarına müraciət edib
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
"Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı
Reper Navainin anası danışdı: 'Oğlumu şərləyiblər
Survivor 2027'nin kapitanları onlar oldu
"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab