AccessBank və BlueOrchard kiçik bizneslərə dəstək üçün yeni kredit müqaviləsi imzaladı

AccessBank və BlueOrchard kiçik bizneslərə dəstək üçün yeni kredit müqaviləsi imzaladıAzərbaycandasahibkarlığın dinamik inkişafına dəstək siyasətinə istiqamətlənən AccessBank, fəxrlə,yeni kredit müqaviləsinin imzalandığını elan edib.
azxeber.com xəbər verir ki, mikro, kiçik və ortabiznesin (MKOB) maliyyələşdirilməsində lider olan bank, İsveçrəli BlueOrchardFinance tərəfindən idarə olunan, BlueOrchard Microfinance Fund - nüfuzlu beynəlxalqmaliyyə tərəfdaşından vəsaitlərin cəlb edilməsi prosesini uğurla başa çatdırıb.
AccessBank-ın mikrokreditlərinmaliyyələşdirilməsi məqsədi ilə BlueOrchard Microfinance Fund tərəfindən cəlb etdiyikreditin məbləği 10 mln ABŞ dolları , müddəti isə 3 ildir. Yeni kredit sazişi, AccessBank-a kiçik vəorta biznes kreditləri portfelinin inkişafı, eləcə də, Azərbaycandasahibkarlığa dəstək tədbirlərinin genişləndirilməsinə imkan yaradacaq.
"BlueOrchard BlueOrchard Microfinance Fund-dan cəlb edilən kredit, qlobal maliyyə ictimaiyyəti tərəfindənbankımıza göstərilən etimadı əks etdirir və bankın maliyyə dayanaqlığınıvurğulayır.  BlueOrchard-dan olan həmkarlarımızagöstərdikləri dəstəyə və Azərbaycanda biznes ictimaiyyətinin daha da gücləndirilməsinənəzərdə tutulan dəstəyinə görə təşəkkür etmək istərdim", – AccessBank-ın İdarəHeyətinin sədri Davit Tsiklauri bildirib.
"Maliyyə əlçatanlığının təmin edilməsi və MKOB-ların dəstəklənməsi fəaliyyətinə dəstək məqsədi ilə, AccessBank ilə  yeni tərəfdaşlığımızı elan etməkdən məmnunluqduyuruq.  Birgə səylərimizlə Azərbaycanxalqına müsbət töhfələr verəcəyimizə ümid edirik", - bunu  BlueOrchard-in Baş kredit direktoru NormundsMizis deyib.
BlueOrchardsosial dəyişikliklərə investisiyalar üzrə aparıcı qlobal menecerdir. Sosial dəyişikliklərüzrə yenilikçi investor olmaqla, şirkət icmalar və ətraf mühit üçün davamlımüsbət təsir yaratmağa çalışır. BlueOrchard 2001-ci ildə BMT-nin təşəbbüsü iləmikromaliyyə investisiyaları üzrə dünyada ilk kommersiya meneceri kimi təsisedilb. Bu gün BlueOrchard inkişaf etməkdə olan maliyyə bazarlarında milyonlarlasahibkarı investorlarla birləşdirərək, bütün aktiv sinifləri üzrə investisiya həlləritəklif edir. BlueOrchard indiyədək 105-dən çox ölkəyə 10 milyard ABŞdollarından çox sərmayə qoyub. 2022-ci ilin dekabr ayından etibarən inkişaf etməkdəolan və sərhəd maliyyə bazarlarında aşağı gəlirli 280 milyondan çox insanBlueOrchard-ın dəstəyi ilə maliyyə və əlaqəli xidmətlərə çıxış əldə edib. BlueOrchardSchroders Group-un üzvüdür. Əlavə məlumat üçün www.blueorchard.com internet səhifəsinədaxil olun.
AccessBank Azərbaycanınmikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir.Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı,Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır.Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir vəMKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Bankın xidmətləri haqqında dahaətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin  saytına, və ya bankınmüxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (, , ) müraciət edə bilərsiniz. 
*AccessBankQSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci iltarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakışəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

İqtisadiyyat       Tarix: 27 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər ensonxeberler cəbhədən canlı krimnal xeber