AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər

AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilərAccessBank Azərbaycanda süni intellektin (AI) tətbiq sahələrinin dinamik genişlənməsini və müxtəlif sektorlar üzrə rəqəmsal transformasiyaya olan tələbatın sürətlə artmasını nəzərə alaraq, süni intellekt sahəsində ixtisaslaşmış Neurotime şirkəti ilə Anlaşma Memorandumunun imzalandığını elan edir. Bu əməkdaşlıq ölkədə AI ekosisteminin inkişafına dəstək vermək və bu sahədə peşəkar kadr hazırlığını gücləndirmək məqsədi daşıyır.
Memorandum çərçivəsində tərəflər süni intellekt üzrə müasir bilik və praktiki bacarıqların formalaşdırılması üçün birgə tədris proqramlarının hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur. Proqramların məqsədi əmək bazarında artan tələbatı qarşılamaq, gənclər və mütəxəssislər üçün AI yönümlü yeni imkanlar yaratmaq, həmçinin ölkənin rəqəmsal inkişaf strategiyasına töhfə verməkdir.
Əməkdaşlığa əsasən, AccessBank tərəfindən təyin olunmuş təlimçilər "AI ilə Dizayn" istiqaməti üzrə tədris prosesini aparacaq, bu sahədə generativ dizayn prinsipləri, AI-assisted kreativlik, vizual kontent yaradılmasında alqoritmik yanaşmalar kimi mövzulara fokuslanacaqlar. Neurotime mütəxəssisləri isə həm "Data Mühəndisliyi və Generative AI", həm də "Generative AI ilə Next-Gen Frontend" proqramlarını həyata keçirəcək. "Data Mühəndisliyi və Generative AI" moduluna Python və Data Engineering əsasları, SQL və NoSQL, konteynerləşdirmə, mesajlaşma sistemləri, izləmə və monitorinq, həmçinin generativ AI texnologiyalarının real biznes tətbiqləri daxildir. "Frontend + AI" kursu isə qabaqcıl frontend texnologiyaları və AI inteqrasiyası, interaktiv istifadəçi interfeyslərinin yaradılması və vizual AI modellərinin tətbiqi üzrə təcrübə təmin edəcək.
Təlim prosesi AccessBank-ın Baş Ofisində əyani formatda təşkil olunacaq. İştirakçıların seçimi, qeydiyyatı və qiymətləndirilməsi isə Neurotime tərəfindən aparılacaq. Memorandum həmçinin AccessBank əməkdaşlarına təlim sessiyalarında ödənişsiz iştirak imkanı yaradır ki, bu da Bankın öz daxili insan kapitalının inkişafına verdiyi dəyərin bariz göstəricisidir.
 "Biz hesab edirik ki, bu tədris təşəbbüsü yalnız İT sahəsində deyil, biznesin digər istiqamətlərində də real tətbiq imkanları yaradacaq. Süni intellekt müxtəlif biznes proseslərinin məhsuldarlığını artırmağa, analitikanı gücləndirməyə və əməliyyat qərarlarını daha dəqiq etməyə imkan verir. Yerli mütəxəssislərin AccessBank komandası ilə birlikdə çalışaraq AI həllərinin bank və biznes mühitinə tətbiq imkanlarını öyrənməsi dəyərli nəticələr verəcək",  - deyə AccessBank İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.
"Biz inanırıq ki, AccessBank ilə qurduğumuz bu əməkdaşlıq insan kapitalına yönəlmiş ən güclü və dəyərli investisiyadır. Süni intellekt artıq dünyanın bir çox ölkəsində gündəlik iş proseslərinin ayrılmaz hissəsinə çevrilib. Məqsədimiz Azərbaycanda bizneslərin fəaliyyətinə dəstək olmaq, onların rəqəmsal transformasiya prosesini sürətləndirməkdir. Bu Memorandum isə həm iştirakçılar, həm də AccessBank əməkdaşları üçün yeni texnoloji bacarıqlar qazanmaq, süni intellektin praktiki tətbiqlərini öyrənmək və peşəkar inkişafı gücləndirmək üçün əla imkandır", - deyə Neurotime şirkətinin direktoru Vüqar Cavadov bildirib.
AccessBank və Neurotime arasında imzalanan bu Memorandum ölkədə süni intellekt sahəsinin inkişafına, rəqəmsal bacarıqların artırılmasına və innovativ düşüncə tərzinin təşviqinə mühüm töhfə verəcək.
Neurotime Azər
.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

/ azxeber.com

İqtisadiyyat       Tarix: 26 noyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xabar axsam az xeberler apa.az xeberler valyuta mezennesi 2026