AccessBank və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü

AccessBank və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsüİnsan kapitalının davamlı peşəkar inkişafını strateji prioritet kimi müəyyən edən AccessBank, Xəzər Universiteti ilə birgə həyata keçirdiyi "İdarəetmənin əsasları" təlim proqramını uğurla yekunlaşdırıb.
Müasir iş mühitində çevik uyğunlaşma, effektiv komanda işi və strateji hədəflərə çatmaq bacarıqları ilə yanaşı, liderlik potensialının gücləndirilməsi də uğurlu idarəetmənin əsas tərkib hissələrindəndir. Məhz bu məqsədlə keçirilən kurs, iştirakçılarda idarəetmənin əsas prinsipləri üzrə bilik və bacarıqların formalaşdırılmasına xidmət edib.
Proqram çərçivəsində əməkdaşlar 17 mövzunu əhatə edən intensiv təlimlərə cəlb olunub. Kursun məzmunu klassik idarəetmə nəzəriyyələri və müasir praktiki yanaşmalar əsasında hazırlanıb. Təlimlər zamanı iştirakçılar strateji düşüncə, liderlik, qərarvermə, dəyişikliklərə uyğunlaşma, effektiv ünsiyyət və komanda idarəetməsi kimi sahələrdə praktiki biliklər əldə ediblər.
"Əməkdaşlarımızın davamlı peşəkar inkişafı AccessBank üçün hər zaman strateji prioritet olub. Bu baxımdan, "İdarəetmənin əsasları" kursunun həyata keçirilməsi Təlim və İnkişaf şöbəmizin olduqca dəyərli təşəbbüsüdür. Xəzər Universiteti ilə qurduğumuz əməkdaşlıq çərçivəsində baş tutan bu proqram, 52 əməkdaşımız üçün yalnız nəzəri biliklər deyil, eyni zamanda praktiki bacarıqlar qazanmaq baxımından da önəmli imkanlar yaratdı. Əminəm ki, iştirakçılar bu dörd ay ərzində həm özlərini inkişaf etdirdilər, həm də tələbəlik illərinin ruhunu yenidən yaşamaqdan zövq aldılar. Əməkdaşlarımıza uğurlar arzulayır, gələcəkdə də belə təşəbbüslərin davamlı olacağına inanıram", - bunu AccessBank-ın  İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.
Təlim proqramını müvəffəqiyyətlə başa vuran bütün əməkdaşlara Akademik Sertifikatlar təqdim olunub.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildənkiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.   / azxeber.com

İqtisadiyyat       Tarix: 11 iyul 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber cebheden xeberler son xeberler azerbaycan