AccessBank xüsusi istiqrazların emissiyasını reallaşdırdı

AccessBank xüsusi istiqrazların emissiyasını reallaşdırdı20 yaşını qeyd edən AccessBank ölkədə aqrar sektorun inkişafına yönəlmiş ilk tematik istiqrazların emissiyasını reallaşdırıb.
Noyabr ayının 29-da AccessBank-ın "Aqrar İnkişaf İstiqrazları"nın ilk emissiyasının "Açılış zəngi" baş tutub. İstiqrazlar 5 milyon ABŞ dolları həcmində, 18 ay müddətinə, illik 5.5% kupon dərəcəsi ilə emissiya edilib və tam olaraq yerləşdirilib. 
"Açılış zəngi" mərasimində iştirak edən AccessBank-ın İdarə Heyəti sədrinin müavini, Baş Maliyyə Inzibatçısı Ramin Hüseynov xarici valyutada və məqsədli maliyyələşmə hədəfli bu istiqrazların emissiyasını müəyyən fasilədən sonra kapital bazarına qayıdan AccessBank üçün mühüm hadisə olduğunu qeyd edib. O, 20 illik fəaliyyəti dövründə ölkədə biznesin maliyyələşməsində, xüsusilə də mikro sahibkarların fəaliyyətinin dəstəklənməsində AccessBank-ın dəyişməz innovator və flaqman rolunu vurğulayıb. 
Cənab Hüseynov həmçinin qeyd edib ki, istiqraz gəlirləri aqrar sektorda fəaliyyət göstərən mikro və kiçik sahibkarların maliyyələşdirilməsi ilə ölkənin ərzaq təhlükəsizliyinə töhfə verəcək:"Bu məsələ həm də bankımızın maliyyə bazasını genişləndirəcək ki, bu da bizim uzunmüddətli strategiyamıza uyğundur. Həmçinin, səmərəli əməkdaşlığa görə tərəfdaş qismində çıxış edən ABB-Invest və UniCapital şirkətlərinə təşəkkür etmək istəyirəm."
Növbəti emissiya planları ilə bağlı Ramin Hüseynov bildirib ki, özəl və institusional investorların alternativ investisiya alətlərinə marağını nəzərə alaraq, emissiya sayının artırılması məsələsinə baxılacaq.
AccessBank xüsusi istiqrazların emissiyasını reallaşdırdıAccessBank xüsusi istiqrazların emissiyasını reallaşdırdı/ azxeber.com

İqtisadiyyat       Tarix: 03 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d


son xeberler yeni xeberler azerbaycan xeberleri xankendi son xəbərlər bugün 2026 son xeber.az son xabar