AccessBank"ın filial müdiri: "Müharibə dönəmində döyüş bölgəsinə ən yaxın filial idik

AccessBank"AccessBank"ın simaları" rubrikasında bugünkü həmsöhbətimizBərdə filialının rəhbəri Səbuhi Abdullayevdir.
Səbuhi bəy, neçə ildir "AccessBank"da işləyirsiniz? İlk işgününüzü necə xatırlayırsınız?
Çox! Bu payız 16 il tamam olur! İlk iş günümün tarixini çox yaxşı xatırlayıram - 5 noyabr 2005-ci ildə AccessBank-ın Gəncə filialına işə başladım.O vaxt bank başqa cür adlanırdı - Azərbaycan Mikromaliyyə Bankı.
Bankda işə qəbul olmaq üçün test imtahanına çağırılmışdım.Amma imtahanın saatını səhv eşitmişdim – saat 12 əvəzinə 2də gəlmişdim.İmtahanda on sualdan cəmi birini cavablandıra bilməmişdim, çünki sual rusdilindən azərbaycan dilinə qeyri-dəqiq tərcümə olunmuşdu. O vaxt Bankda işləyən türkkonsultant mənə sualı izah etmək istəyəndə məlum oldu ki, türkcəm də zəifdir.Ona görə ondan azərbaycan dilli əməkdaş çağırmasını xahiş etdim. Nə biləydimki, bu adam imtahandan sonra rəhbərim olacaq?!
Səbuhi bəy, hazırda Bərdə filialının rəhbərisiniz. Deyirlərcəbhə zonasında tutduğu vəzifəsindən asılı olmayaraq, hər kəs əsgərdir. Sizözünüzü bu vəfizədə necə görürsünüz? Bu zonada xidmət göstərən bank işçilərinidə iqtisadiyyatın əsgərləri adlandırmaq olar?
Bilirsiniz, əsgər deyəndə mən heç də əynində hərbi mundirolan şəxsi nəzərdə tutmuram.
44 günlük müharibə zamanı biz AccessBank-ın döyüş bölgəsinə ənyaxın filialı idik. Döyüşlərin başladığı ilk gündən komandamız iş rejiminitamamilə dəyişdi. Əməkdaşların bir hissəsi işlərini həmişəki kimi davametdirdi, digərləri isə döyüş bölgəsinin sərhədlərinə gedərək yaralı vətəndaşlaravə əsgərlərə ərzaq, su və dərman çatdırdı. Bundan əlavə, bəzi həmkarlarımız hərbiəməliyyatların ilk günlərində hərbi komissarlıqda qeydiyyatdan keçərək torpaqlarımızıqorumağa getdilər. Allaha şükür ki, hamısı sağ-salamat qayıtdı.
AccessBank-ın Qarabağda yeganə filialının rəhbəri olaraq, sonuncumüharibə sizin üçün nə deməkdir?
Bəli, bu gün AccesssBank-ın Qarabağda yeganə filialı Bərdə şəhərindəyerləşir, amma ümid edirəm ki, tezliklə Bankımızın Qarabağın işğaldan azad edilmiş digərşəhərlərində də filiallarımız fəaliyyətə başlayacaq. Müharibəyə gəldikdə isə bumənim üçün hər şeydən əvvəl bir zəfərdir. Biz ilk olaraq Vətənimizin ərazibütövlüyünü bərpa etdik, həmçinin inkişafımız üçün yeni bir təkan əldə etdik .
AccessBank-ın cəbhə bölgəsinə ən yaxın filialı olaraq, ötənpayız müştərilərlə xidmət necə qurmuşdunuz?
Qeyd etdiyim ki, işimizi davam edirdik. Sadəcə xatırlamaqistəmədiyim günlər var - filialda işlədiyimizan yaxınlıqda mərmilərin partlaması kimi. Ancaq biz hər zaman işə davam etdik, çünkio anlarda müştərilər bizim xidmətlərimizə daha çox ehtiyac duyurdular. Məsələn,bəzi əməliyyatları sürətləndirilmiş rejimdə həyata keçirməli, müharibədən əziyyətçəkən müştərilərimizin kredit ödənişlərini müvəqqəti olaraq dondurmalıydıq vəs. Biz özümüzü müştərilərimizin yerinə qoyur və onların nə hisslər keçirdikləriniçox gözəl anlayırdıq və çalışırdıq ki, bacardığımız qədər onlara bu çətin günlərdədəstək olaq.
Müharibədən sonra özünüzü necə hiss edirsiniz? Bu müharibəsizin üçün nələri dəyişdi, həyatınızda, düşüncənizdə nələrə təsir etdi?
-Sizə səmimi deyim ki, müharibədən sonra bu torpağın üzərindəutancla gəzmək hissindən qurtuldum. Bu həmdə bir qurtuluş savaşı idi. Mənəviiztirabdan qurtulmaq savaşı. Müharibə dönəmində xalqın birliyini görəndə qürurduydum. Düşündüm ki, ataların "Güc birlikdədir" sözü nə qədər doğru və dəyərliimiş.
Sizin üçün vətənpərvərlik nə deməkdir? Özünüzü vətənpərvərhesab edirsiniz?
Belə bir sual var - "Vətən haradan başlayır?" Vətən sərhəddənbaşlayır. Bu vətəni və onun sərhədlərini sevərək qorumaq hər bir vətənövladının müqəddəs borcudur. Bəli, mən özümü vətənpərvər hesab edirəm. Çünki mənfəxr edirəm ki, Azərbaycanlıyam!
Evlisiniz, övladlarınız var. Onlar üçün necə bir gələcəkarzulayırsınız?
Yəqin ki, ilk növbədə, mən onlarla fəxr etmək istərdim. İstərdimki, onların ünvanına tez-tez "Bu uşaqlar nə qədər gözəl tərbiyə alıblar?!"desinlər. Hesab edirəm ki, hər bir valideyn öz uşaqlarının ünvanına bu sözlərieşitməkdən qürur duyar.
Əlbəttə, mən onları fiziki cəhətdən sağlam, mənəvi cəhətdənzəngin, azad və xoşbəxt görmək istərdim. İstərdim ki, bütün Azərbaycan uşaqlarıhəmişə sülh şəraitində yaşasınlar, həyatlarını və karyeralarını qura bilsinlərvə əlbəttə ki, istədikləri məqsədlərə nail olsunlar.
Əlbəttə, çox istərdim ki, mənim uşaqlarımın AccessBank-daolduğu kimi sadiq həmkarları da olsun.
AccessBankAccessBankAccessBank

İqtisadiyyat       Tarix: 28 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimlər

"Azercell" və ADA süni intellekt üzrə praktiki təlim keçirdi

"Azercell"in təşəbbüsü və dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi "AI4Real Bootcamp" intensiv təlim proqramı başa çatıb. Proqram Azərbaycanın, eləcə də xarici ölkələrin universitetlərində STEAM istiqamətlər

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" mükafatına layiq görüldü

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı

2027-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat olması nəzərdə tutulur. xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair məlumatınd

Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir

AzərbaycanHava Yolları 2026-cı il sentyabrın 15-dən etibarən Səudiyyə Ərəbistanının Ciddəşəhərinə müntəzəm uçuşları bərpa edir. xəbər verir ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbəaxşamı, çərşənbə

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafına əlavə dəstək göstərmək məqsədilə "FAİZSİZ 100 GÜN" adlı mikro v

"İrşad"da yeni tədris ilinə özəl "Yaşıl Cümə" fürsətləri başladı

"İrşad" məktəb həyəcanını və yeni tədrisilini səbirsizliklə gözləyənlər üçün möhtəşəm xəbərlə gəlir – ənənəvi "YaşılCümə" aksiyası yenidən baş tutur. xəbər verir ki, sentyabrın 18-dən 27-dək davam edəcə

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR

Azercell-in texnoloji həlləri ABŞ-də keçirilən "Silicon Valley International Invention Festival" (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan "International Exhibition of Inventions" (IEI 2026) sərgilərind

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. xəbər verir ki, belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kart


son xeberler azerbaycan xeberleri yeni xeberler maşın realiti şou son xeberler az xeber az zelzele