Bu tarixdə Bakıda qaranlıq olacaq
2027-ci il avqustun 2-də nadir astronomik hadisə baş verəcək.
Həmin gün Günəş tam tutulacaq və bəzi ərazilərdə gündüz bir neçə dəqiqəlik qaranlığa çevriləcək.
Ayın Günəşin qarşısından keçməsi nəticəsində yaranacaq tam Günəş tutulmasının maksimum müddəti 6 dəqiqə 23 saniyəyə çatacaq. NASA-nın hesablamalarına görə, tutulmanın ən uzun mərhələsi Misirin cənubunda, Luksor şəhəri yaxınlığında müşahidə ediləcək. Tam tutulma zolağı İspaniyanın cənubundan başlayaraq Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Yəmən və Somalidən keçəcək. Luksorda tam tutulma təxminən 6 dəqiqə 22 saniyə davam edəcək. Tutulmanın maksimum mərhələsi şəhərdə yerli vaxtla saat 13:05 radələrində baş verəcək.
Mütəxəssislərin hesablamalarına görə, bu hadisə 2027-ci ildə qurudan müşahidə edilə biləcək ən uzunmüddətli tam Günəş tutulması olacaq. Belə uzunmüddətli tam tutulmanın növbəti dəfə daha uzun müddətə baş verməsi üçün uzun illər gözləmək lazım gələcək.
Günəş tutulması Azərbaycandan da müşahidə ediləcək. Lakin ölkə tam tutulma zolağında yerləşmədiyi üçün burada Günəş tamamilə qaranlığa qərq olmayacaq. Bakıda tutulma yerli vaxtla saat 13:12-də başlayacaq, maksimum mərhələyə saat 14:11-də çatacaq və saat 15:06-da başa çatacaq.
Paytaxtda bu hadisə qismən Günəş tutulması kimi müşahidə ediləcək. Yəni 2027-ci il avqustun 2-də Bakıda Günəşin bir hissəsi Ay tərəfindən örtüləcək, lakin Luksor və digər tam tutulma zolağında yerləşən ərazilərdəki kimi bir neçə dəqiqəlik tam qaranlıq yaranmayacaq. Qeyd edək ki, Günəş tutulmasını müşahidə edərkən xüsusi qoruyucu eynəklərdən istifadə etmək lazımdır. Günəşə adi gün eynəyi ilə birbaşa baxmaq gözlər üçün təhlükəlidir.
/Sfera.az / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun