TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" mükafatına layiq görüldü
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
Bank Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan "12-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2026" ( 12th Trade and Supply Chain Finance Program Awards 2026) çərçivəsində "Azərbaycanda aparıcı tərəfdaş bank" (Leading Partner Bank in Azerbaijan) nominasiyasının qalibi elan edilib.
Mükafat 8 sentyabr 2026-cı il tarixində Sinqapurda keçirilən regional tərəfdaş bankları təmsil edən 200-dən çox nümayəndənin də iştirak etdiyi rəsmi tədbir zamanı təqdim olunub.
Qeyd edək ki, sözügedən mükafat TuranBank ASC-yə ölkədə kiçik və orta sahibkarlığın (KOS) maliyyələşdirilməsi, beynəlxalq ticarət əməliyyatlarının dəstəklənməsi və dayanıqlı inkişaf layihələrinin uğurlu icrası istiqamətində nümayiş etdirdiyi yüksək fəaliyyət göstəriciləri və innovativ yanaşmalarının hərtərəfli təhlili və qiymətləndirilməsi nəticəsində təqdim olunub. Bu nailiyyət bankın şəffaf idarəetmə prinsiplərinin, maliyyə sabitliyinin və beynəlxalq maliyyə institutları ilə uğurla həyata keçirdiyi strateji tərəfdaşlıqların bariz nümunəsidir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqramvə s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…


/ azxeber.com

Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib