ADA Universitetində 'Diplomatik Protokol Bələdçisi'nin təqdimat mərasimi keçirildi
ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması çərçivəsində Diplomatik Protokol Bələdçisinin təqdimat mərasimi keçirilib.
azxeber.com Trend-ə istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Xarici İşlər Nazirliyinin Asiya İdarəsi rəisi Ramil Rzayev, Protokol İdarəsi rəisi Anar Nəcəfli, nazirliyin əməkdaşları və diplomatik korpus nümayəndələri iştirak edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Asiya İdarəsi rəisi Ramil Rzayev qeyd edib ki, bu gün təqdim olunan Bələdçidə də 1993-2003-cü illəri əhatə edən Azərbaycanın xarici siyasətinə dair məlumatların tarixi fotoşəkillərin işığında təqdim edilməsi Azərbaycan diplomatiyasının ən yeni tarixinin diplomatik vəsaitlərdə əbədiləşdirilməsi ilə yanaşı, dövlətçilik tarixində kifayət qədər qısa zaman kəsiyi hesab olunan 10 il ərzində formalaşmış Azərbaycan xalqının ən dəyərli siyasi irsinin bir daha dünyaya nümayiş etdirilməsi məqsədi daşıyır.
"Bələdçinin giriş səhifəsində yer almış Ulu Öndərin sözləri və ifadələri təsadüfən seçilməyob. Həmin sözlər və ifadələr Heydər Əliyev tərəfindən yaradılan və inkişaf etdirilən müasir Azərbaycan dövlətinin xarici siyasətinin əsasını və prinsiplərini təşkil edirdi - "ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr qurmaq, dünyanın bütün ölkələri ilə mehriban və dostluq əlaqələri yaratmaq, və bu missiyaların həyata keçirilməsində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik missiyalarla yaxından əməkdaşlıq etmək", - deyə o əlavə edib.
O həmçinin əlavə edib ki, bələdçinin protokol qaydaları hissələrinə gəldikdə isə 40 hissədən ibarət olan və iki dildə nəşr olunmuş bu vacib vəsait Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, diplomatik korpusun hüquq və vəzifələrinə də ətraflı aydınlıq gətirir.


Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda