"Adidas" buraxdığı səhvə görə Almaniyanı ayağa qaldırdı - FOTO
"Adidas" buraxdığı səhvə görə Almaniyanı ayağa qaldırdı - FOTO
"Adidas" Almaniya milli futbol formasında 44 rəqəmindən istifadə etməyəcək.
Belə ki, şirkət Almaniya milli futbol komandasının yeni formasını təqdim etdikdən sonra bir çox sosial şəbəkə istifadəçisi 44 nömrəli köynəyin şrift dizaynını SS nasist təşkilatının simvollarına bənzərliyini görüb. Onlar bildiriblər ki, sonuncu dəfə almanlar belə şeylər geyinəndə heç kim üçün yaxşı bitməyib.
Almaniya Futbol Assosiasiyası da millinin heç bir oyunçusunun 44 nömrəsini geyinməyəcəyini bildirib.
Şirkət bu qalmaqaldan sonra rəqəmi köynəkdən çıxarmaq qərarına gəlib.
"44 nömrəni mümkün qədər tez bloklayacağıq. Şirkət olaraq ksenofobiya, antisemitizm, zorakılıq və bütün formalarda nifrətə qarşı fəal şəkildə mübarizə aparırıq", - deyə "Adidas"ın sözçüsü Oliver Bryuggen bildirib.
Qeyd edək ki, NSDAP-ın (Veymar Respublikası dövründə yaranan alman siyasi partiyası) hərbiləşdirilmiş qüvvələri "Schutzstaffel" (1933-1945) əvvəlcə SS olaraq göstərilirdi, lakin bu iki hərf sonradan mixi formada yazılıb.

Mənbə: "Militarist" "Telegram" kanalı / oxu.az

Qadın oğlunu 25 min dollara satmağa cəhd etdi
SON DƏQİQƏ! Xəzərdə yenidən zəlzələ oldu
Bakıda 11-ci sinif şagirdi vəfat etdi - FOTO
Azərbaycanlı turist qadın ÖLDÜRÜLDÜ
Rusiyada miqrantlara zərbə: Uşaq pulu üçün 5 il şərti
Andrey Babiş Azərbaycana gəldi
İmtahandan qayıdan şagirdlər qəzaya düşdü
"Xalqımız sülhün dəyərini çox yaxşı anlayır" - Prezident
Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
Ərdoğan Trampın iştirak etdiyi tədbirdə silahlı hücum cəhdini qınayıb
Fidan ABŞ, Pakistan və İran nümayəndələri ilə Tehranla danışıqları müzakirə edib
ŞOK: İran bu ölkələri ƏSİR SAXLAYIR
Ruslar bu şəhərdən qovuldular
Azərbaycan toylarında bu qayda dəyişib
Keçmiş icra başçısı vəfat etdi - FOTO