Ruslar bu şəhərdən qovuldular
Mali qoşunları və Rusiya Müdafiə Nazirliyinin Afrika Korpusu (keçmiş "Vaqner" özəl hərbi şirkəti – red.) Kidal şəhərini tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə korpusun yaydığı bəyanatda qeyd olunub.
"Kidal Mali Respublikası rəhbərliyinin birgə qərarına uyğun olaraq tərk edilib. Əvvəlcə yaralı əsgərlər və ağır texnika təxliyə edilib.
Şəxsi heyət onlara verilən döyüş tapşırığını yerinə yetirməyə davam edir. Mali Respublikasındakı vəziyyət çətin olaraq qalır", – məlumatda qeyd olunub.
"Le Mond" nəşri isə yazıb ki, Mali qoşunları və Afrika Korpusunun döyüşçüləri Sevare və Qao şəhərlərində hələ də qalırlar.
Qeyd edək ki, Kidal şəhəri tuareqlərin rəmzi paytaxtı hesab olunur. Şəhər 2023-cü ildə Rusiya MN-in Afrika Korpusunun döyüşçüləri tərəfindən ələ keçirilmişdi.
Dünən başlayan gərgin döyüşlər nəticəsində Rusiyaya məxsus hərbi helikopter vurulmuşdu. Afrika Korpusunun şəhərdən çıxmaq üçün tuareqlərlə danışıqlar apardığı bildirilmişdi.
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK