Adil Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil"

Adil Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil" Adil Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil"
Əks-hücum əməliyyatlarının başlanmasından qısa bir müddət - bir ay keçməsinə baxmayaraq, Ali Baş Komandanın rəhbərliyində Azərbaycan Ordusu çox böyük qətiyyətlə irəliləyərək uzun illərdir düşmən tapdağında qalmış bir çox ərazilərimizi işğaldan azad etdi və bu istiqamətdə mübarizəsini müvəffəqiyyətlə davam etdirir.
Bu barədə Milli Məclis Sədrinin müavini Adil Əliyev mediaya açıqlamasında deyib. O bildirib ki, dövlət tərəfindən uzun illərdir ordu quruculuğuna göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir:
"Bu gün Azərbaycan Ordusu beynəlxalq təşkilatların hesabatlarında dünyanın ən güclü orduları sırasında ilk 50-liyə daxildir. Ordumuz maddi-texniki təchizatı, şəxsi heyətinin komplektləşdirilməsi baxımından malik olduğunu üstünlüklər sayəsində qısa zaman kəsiyində Ermənistan ordusuna qarşı döyüşlərdə ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə tam qadir olduğunu bir daha nümayiş etdirdi. Ermənistan tərəfindən işğal edilmiş ərazilər Şanlı Ordumuz tərəfindən ard-arda azad edilir və Qarabağa artıq yeni nəfəs gəlir. Hər bir azərbaycanlı bu gün qürurverici bir tarixə şahidlik edir. Belə möhtəşəm qələbələrin əldə edilməsi dövlət başçısı tərəfindən uzun illər ərzində sistemli şəkildə həyata keçirilən hərbi, siyasi, iqtisadi və geopolitik sahədə uğurlu idarəetmənin nəticəsidir.
Biz hər gün Müdafiə Nazirliyinin paylaşdığı videogörüntüləri böyük maraqla izləyirik. Düşmənə məxsus olan texnikaların və şəxsi heyətin məhv edilməsi və ya qənimət olaraq ələ keçirilməsi xalqımızda çox böyük ruh yüksəkliyi yaradır. Eyni zamanda da hamımızı düşünməyə vadar edir ki, məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardan çoxdur. Ermənistan isə müflis ölkədir, heç bir gəlir qaynağı yoxdur, xarici borcu büdcəsindən azı 5 dəfə daha çoxdur, belə ki, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardan çoxdur. Habelə, COVİD-19 xəstəliyinin Ermənistan ərazisində çox sürətli yayılması, iqtisadiyyata artıq qarşısı alınmaz zərbə vurub, belə olan halda bu qədər qiymətli silah Ermənistan da hardandır?".
Ötən müddət ərzində üç dəfə humanitar atəşkəs elan olunduğuna toxunan A.Əliyev Ermənistanın hər dəfə bu atəşkəsi kobud şəkildə pozduğuna diqqət çəkib:
"İlk dəfə humanitar atəşkəsdən sonra Gəncə şəhərinin raket zərbələri ilə vurulması zamanı 10 nəfər dinc sakin şəhid oldu. Növbəti dəfə yenidən Gəncə şəhərinə düşmən hücumuna məruz qaldı. Sonuncu dəfə isə Bərdə rayonuna olan raket hücumu Ermənistanın əsl niyyətini bütün dünyaya göstərdi. Ermənistan tərəfi atəşkəsi hər dəfə pozmaqla bu istiqamətdə vasitəçi olan ölkələrə hörmətsizlik edir. Həmin münasibəti Ermənistan bu vaxta qədər BMT Təhlükəsizlik Şurasının  qətnamələrini icra etməməklə də nümayiş etdirib. 
Eyni zamanda, məlum qətnamələri qəbul edən, münaqişə ilə bağlı, o cümlədən atəşin dayandırılması istiqamətində təşəbbüslər irəli sürən dövlətlər də bu məsələyə laqeyd yanaşırlar. Hər addımda beynəlxalq hüququn tələblərini kobud şəkildə pozan, müharibə qanunlarını tanımayan bir ölkəni durdurmaq üçün heç bir səy göstərmirlər. Dəfələrlə deyilib ki, Ermənistan baş nazirinin göstərişi ilə Livandan, Suriyadan ailələr gətirilib və qeyri-qanuni olaraq Qarabağa yerləşdirilir. Lakin buna qarşı heç bir tədbir görülmür. Əksinə, baş nazir bu cəzasızlıq mühitindən sui-istifadə edərək Şuşada inauqurasiya mərasimi keçirib. Bundan başqa, "Dağlıq Qarabağ parlamenti"nin Xankəndidən Şuşaya köçürülməsi və digər təxribatlar törədir.
BTM Təhlükəsizlik Şurasının məlum qətnamələri icra etmədiyinə görə Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etmək hüququ var idi, bu sanksiyaların effektliyini İraqın nümunəsində görmüşdük. Lakin, nədənsə Ermənistanın bu aqressiv davranışının qarşısını almağa heç kəs cəhd etmir. Belə olan halda isə işğalçı dövlətin cəzalandırılması missiyası və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək vəzifəsi Rəşadətli Ordumuzun üzərinə düşdü.
Bu, bir həqiqətdir ki, Ermənistanın təcavüzkar əməlləri təkcə regiona yox, eyni zamanda, bütün dünyaya təhdiddir. Regionda baş verən bütün konfliktlərin yaradıcısı Ermənistandır. Ermənistanın hazırkı siyasi rəhbərliyi öz xələfləri kimi cinayətkardır və işğalçılıq siyasətini yürütməkdə davam edir. Mülki əhalini hədəf alaraq, beynəlxalq hüququn tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyasının normalarını kobud şəkildə pozur.
Ermənistanın mülki Azərbaycan əhalisini hədəfə alması, Gəncə və Bərdə şəhərlərində eləcə də digər rayon və şəhərlərimizdə mülki vətəndaşlarımıza raket zərbələri endirməsi, nəticədə içərisində uşaqlar və qadınlar olan insanlarımızın ölməsi heç cür qəbul edilən deyil. Baxmayaraq ki, insan hüquqları sahəsində ixtisaslaşmış təşkilatlar hazırda mülki vətəndaşlarımızın ölümünə heç bir reaksiya vermir. "Amnesty International" və "Human Rights Watch" təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə  qadağan olunmuş kasetli raketlərlə zərbələr endirməsini sanki görməzdən gəlir, bu təşkilatların hansısa maraqlara xidmət etdiyini artıq heç kəs inkar etmir".
"Hazırda Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranıb. Bu, iqtisadi, nəqliyyat, geosiyasi sahədə, habelə regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Lakin Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək, təxribatlar törədərək buna mane olmağa çalışır.
Bu gün Azərbaycan xalqı ilə yanaşı, bütün sülhsevər dünya ictimaiyyəti ədalətin bərqərar olunacağını -  Ermənistan təcavüzünə tezliklə son qoyulacağı, Azərbaycanın tarixi torpaqlarının azad ediləcəyi, ərazi bütövlüyümüzün bərpa olunacağı günü gözləyir. Azərbaycan həmişə müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, multikultural dəyərləri yüksək qiymətləndirən tolerant bir ölkə kimi tanınıb. Multukulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsində aparılıb. Bu da onu deməyə əsas verir ki, gələcəkdə Qarabağda xalqımızla yanaşı başqa millətlərin nümayəndələrinin də yaşaması üçün heç bir məhdudiyyət olmayacaq.
Məlumdur ki, erməni xalqı Azərbaycan torpaqlarına Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra köçürülməyə başlayıb və həmin ərazidə yaşamaları son 200 ili əhatə edir. Onlar yenidən xalqımızla mehriban şəraitdə yaşamaq istəsələr bunun üçün bütün şərait yaradılacaq. Artıq işğaldan azad edilmiş ərazilərdə xüsusi idarəetmənin formalaşdırılması, vətəndaşlarımızın öz tarixi torpaqlarına geri qayıtması, Dağlıq Qarabağı bərpa edərək onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirmək dövlətimizin müqəddəs amalıdır",-deyə A.Əliyev qeyd edib. /oxu.az

Siyasi       Tarix: 03 noyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


yeni xeberler son xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun cəbhədən xəbər bu gunun xeberleri xeber