Adil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb - FOTO

Adil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb - FOTOAdil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb - FOTO
Milli Məclisin sədrinin müavini Adil Əliyev MDB Parlament Assambleyasının (PA) müşahidəçilər qrupunun rəhbəri kimi noyabrın 1-də Moldova Respublikasında keçirilən prezident seçkilərini müşahidə etmək üçün bu ölkənin paytaxtı Kişinevda səfərdə olub.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Səfər çərçivəsində Milli Məclis Sədrinin müavini Adil Əliyev MDB PA-nın müşahidəçilər qrupunun rəhbəri kimi Moldova Respublikası Parlamentinin sədri xanım Zinaida Greçeani ilə görüşüb.
Görüş zamanı MDB Parlament Assambleyasının üzvü olan ölkələr üçün beynəlxalq müşahidə institutunun əhəmiyyəti, seçkilərin keçirilməsi və monitorinqinin qaydaları da daxil olmaqla bir çox məsələlər ətrafında müzakirələr aparılıb. Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.
Habelə, Adil Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə davam etdiyini, mülki Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən öldürülməsinə diqqət çəkərək, Bərdə və Gəncə şəhərlərində baş verən müharibə cinayətləri barədə danışıb. Ermənistanın humanitar hüququn normalarını kobud şəkildə pozduğunu, 1949-cu il tarixli Çenevrə Konvensiyasına zidd davranışlar etdiyini və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnaməni bu vaxta qədər icra etmədiyini bildirib.
Görüşdə Milli Məclisin deputatları Rüfət Quliyev, Sabir Hacıyev və ölkəmizin Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov da iştirak edib.
Səfər zamanı Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Moldovanın Qaqauziya muxtar ərazisində seçki məntəqələrində olub, seçki prosesinin gedişini izləyib, Qaqauziya rəhbəri İrina Vlax və Qaqauziya Xalq Məclisinin sədri Vladimir Kıssa ilə görüşlər keçirib.
Adil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb - FOTOAdil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb - FOTOAdil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb - FOTOAdil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb - FOTOAdil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb - FOTOAdil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb - FOTOAdil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb - FOTO

Siyasi       Tarix: 02 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


yeni xeberler son xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun cəbhədən xəbər bu gunun xeberleri xeber