Adil Əliyev Moldovada iş adamları, diaspor fəalları və gənclərə Ordumuzun əks-hücum əməliyyatı barədə danışıb

Adil Əliyev Moldovada iş adamları, diaspor fəalları və gənclərə Ordumuzun əks-hücum əməliyyatı barədə danışıbAdil Əliyev Moldovada iş adamları, diaspor fəalları və gənclərə Ordumuzun əks-hücum əməliyyatı barədə danışıb
Cari ilin 1 noyabr tarixində prezident seçkilərini müşahidə etmək məqsədilə Moldovada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun rəhbəri Adil Əliyev nümayəndə heyəti ilə birlikdə Kişinyov şəhərində azərbaycanlı iş adamları, diaspor fəalları və gənclər ilə görüş keçirib. Görüşdə Moldova Demokrat Partiyası fraksiyasının rəhbəri deputat Dumitru Diakov da iştirak edib.
Görüşdə A.Əliyev Azərbaycan həqiqətlərindən söhbət açaraq Ermənistanın təcavüzkar siyasəti, onların dinc əhaliyə qarşı raket hücumu nəticəsində günahsız insanlara və şəhərlərimizə dəyən zərərdən danışıb, Azərbaycan ordusunun səriştəli əks-hücumu nəticəsində düşmənə layiqli cavab verildiyini dilə gətirib və hərbi sahədə ordumuzun uğurları ilə yanaşı, diplomatiya sahəsində Ali Baş Komandanın münaqişə ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdiyini, xarici jurnalistlərin suallarını yüksək bacarıqla cavablandırdığını və bu çətin günlərdə müraciətlərlə çıxış edərək xalqının daim yanında olduğunu vurğulayıb.
Eyni zamanda, A.Əliyev ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə baş çəkərək onları mütəmadi diqqətdə saxlaması və döyüşdə yaralanan əsgərlərimizə baş çəkərək onların vəziyyəti ilə maraqlanmasının hər bir insan üçün örnək olduğunu dilə gətirib. Nitqinin sonunda A.Əliyev Moldovada yaşayan azərbaycanlılara bu günlərdə həmişəkindən daha çox birliyə, vətənpərvərliyə ehtiyac olduğunu bildirib və toplaşdıqları üçün görüş iştirakçılarına təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Moldovalı deputat D.Diakov çıxış edərək hazırkı münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsi çərçivəsində həllini dəstəklədiyini bildirib, Azərbaycan prezidentinin apardığı uğurlu siyasətin Azərbaycana qələbə bəxş etdiyini qeyd edib, bundan əlavə, Moldovada yaşayan azərbaycanlılardan ibarət diasporun fəallaşmasının müşahidə edildiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən səfir Q.Osmanov Moldovada yaşayan azərbaycanlıların fəaliyyətinin gücləndiyini və ölkəmizlə bağlı baş verən hadisələrdə birlik nümayiş etdirərək səfirlik tərəfindən təşkil edilən tədbirlərdə fəal iştirak etdiklərini bildirib, yaxın gələcəkdə Moldovanın ictimai-siyasi həyatında azərbaycanlıların təmsil edilməsi istiqamətində səylərin gücləndirildiyini qeyd edib, səfirlik olaraq istedadlı gənclərin hər zaman arxasında olduğunu dilə gətirib.
Daha sonra Moldovada azərbaycanlıların ağsaqqalı kimi tanınan nüfuzlu iş adamı Firuz İsayev çıxışında A.Əliyev başda olmaqla nümayəndə heyətinin üzvlərinə görüşə görə təşəkkür edib, nəinki gənclərin, eləcə də bütün azərbaycanlıların prezidentimizin ətrafında sıx birləşdiyini qeyd edib, Ali Baş Komandanın müharibədə əldə olunan uğurlar nəticəsində Azərbaycan xalqının qürurunu qaytardığını dilə gətirib.
Sonda Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov çıxış edərək deputatlarımızdan ibarət nümayəndə heyətinə təşəkkürünü bildirib, MAK-da aparılan islahatlar nəticəsində azərbaycanlı diasporun gəncləşdirildiyi və fəallaşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Adil Əliyev Moldovada iş adamları, diaspor fəalları və gənclərə Ordumuzun əks-hücum əməliyyatı barədə danışıbAdil Əliyev Moldovada iş adamları, diaspor fəalları və gənclərə Ordumuzun əks-hücum əməliyyatı barədə danışıbAdil Əliyev Moldovada iş adamları, diaspor fəalları və gənclərə Ordumuzun əks-hücum əməliyyatı barədə danışıbAdil Əliyev Moldovada iş adamları, diaspor fəalları və gənclərə Ordumuzun əks-hücum əməliyyatı barədə danışıbAdil Əliyev Moldovada iş adamları, diaspor fəalları və gənclərə Ordumuzun əks-hücum əməliyyatı barədə danışıb

Siyasi       Tarix: 01 noyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


yeni xeberler son xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun cəbhədən xəbər bu gunun xeberleri xeber