ADNSU "AD Scientific Index" beynəlxalq reytinqində Azərbaycan üzrə 2-ci yerdədir
AD Scientific Index 2025-ci il üçün ali təhsil və elmi tədqiqat müəssisələrinin növbəti reytinq nəticələrini təqdim edib.
azxeber.com xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nüfuzlu AD Scientific Index reytinqində ölkə üzrə 2-ci yerə layiq görülüb. Dünya üzrə reytinq nəticələrinə əsasən isə ADNSU 5643-cü mövqedə qərarlaşıb.
Universitetin 168 nəfərlik akademik heyəti arasında bir sıra alimlər fərqlənib. Belə ki, ADNSU-nun 1 alimi dünyanın top-10-luğunda, 1 alimi top-30-da, 16 alimi top-50-də, 64 alimi isə top-70-də yer alıb. Bu göstəricilər universitetin elmi potensialının yüksəldiyini və beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirdiyini təsdiqləyir.
Açıqlanan nəticələrə əsasən, ümumilikdə 24 520 ali təhsil və tədqiqat müəssisəsi reytinqə daxil edilib. Universitetlər üç əsas kateqoriya üzrə (ümumi-29, dövlət-23, özəl-6) sıralanıb.
Bununla yanaşı, reytinqdə 24 tədqiqat institutu, 1 şirkət və bir sıra xəstəxanalar da yer alıb. "AD Scientific Index" yalnız ali təhsil müəssisələrini deyil deyil, həmçinin müxtəlif elm və səhiyyə ocaqlarını əhatə edən unikal qiymətləndirmə sistemi kimi fərqləndirir.
AD Scientific Index (Alper-Doger Scientific Index) elmi jurnallar və universitetlər üzrə qiymətləndirmələr aparmaqla yanaşı, alimlərin elmi fəaliyyətini və məhsuldarlığını təhlil edən reytinq və analiz sistemidir. Bu sistem, alimlərin elmi fəaliyyətlərinə görə universitet və ya institut daxilində top 10, 20, 40, 60, 80, 90 faizlərində və ümumi alimlər üzrə paylanmasını təhlil edən yeganə universitet/institut reytinq sistemidir. Həmçinin, "AD Scientific Index" universitetləri ümumi H-indeksi, son 6 il H-indeksi, ümumi i10 indeksi və sitatlar əsasında sıralama imkanı təqdim edir.
Qeyd edək ki, ADNSU həmçinin, dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə agentliklərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən universitetlərin 2026-cı il üzrə reytinq sıralamasının nəticələrinə əsasən, "QS Dünya Universitetləri Reytinqi 2026"-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş göstərərək 851–900-cü sıralarda yer alıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"
Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
Sabah 16 mindən çox abonentin qazı kəsiləcək
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb