ADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLAR

ADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLARAprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2009-cu il 30 aprel tarixində törədilmiş terror aktının qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və faciə qurbanlarının yaxınları iştirak ediblər. Əvvəlcə terror hadisəsində həlak olanların xatirəsinə ucaldılmış barelyefin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.
Anım mərasimində çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov terror hadisəsinin dəhşətindən danışaraq universitetin dəyərli müəllim və tələbələrinin həyatına son qoyulan bu faciənin Azərbaycan cəmiyyətində dərin iz buraxdığını bildirib. O, həmçinin Vətən müharibəsində şəhid olmuş universitetin 23 məzununun və 30 aprel terror aktının qurbanlarının xatirəsinin ADNSU-da daim əziz tutulduğunu vurğulayıb.
Tədbir zamanı faciəni əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra hadisənin canlı şahidi, İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayev çıxış edərək 16 il əvvəl baş vermiş terror aktı ilə bağlı acı xatirələrini bölüşüb.
Mərasimdə terror qurbanlarının ailə üzvləri də çıxış ediblər. Onlar universitet rəhbərliyinə göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) baş vermiş silahlı hücum nəticəsində 12 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb. 2017-ci ildə universitetin II tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə barelyef ucaldılıb. Hər il həmin tarixdə universitetdə anım mərasimi keçirilir və terrorun qurbanları dərin hörmətlə yad edilir.
ADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLARADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLARADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLARADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLARADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLARADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLARADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLARADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLARADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLARADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLAR

Sosial       Tarix: 01 may 2025
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri en son xeberler bu gun cəbhədən son durum son xeberler bugun 2026 canli