ADNSU-da "Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü" keçirilib - FOTOLAR

ADNSU-da Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Avrasiya universiteti brendinqi: kimliyin və qlobal əhatəliliyinin tarazlaşdırılması" mövzusuna həsr olunmuş "Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü" keçirilib.
azxeber.com xəbər verir ki, tədbirin əsas məqsədi Avrasiya ali təhsil məkanında universitetlərin dəyərlər və missiya əsasında inkişaf yollarını araşdırmaq, qlobal təhsil sisteminə inteqrasiya prosesində hər bir universitetin özünəməxsusluğunu qorumağın yollarını müzakirə etmək olub.
Görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycan ali təhsil müəssisələrinin rəhbərləri – Bakı Dövlət Universitetinin rektoru, dosent Elçin Babayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Bakı Ali Neft Məktəbinin rektoru, dosent Elmar Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət Gömrük Akademiyasının rəisi, dosent Qulu Novruzov, həmçinin Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının rektoru, professor Bibigul Nussipzhanova, Qazaxıstan Mülki Aviasiya Akademiyasının prorektoru, professor Kairat Koşekov, Özbəkistan Namangan Dövlət Texniki Universitetinin prorektoru, professor İlhom Abdurahmanov və digər xarici elm və təhsil nümayəndələri, eləcə də ADNSU-nun professor-müəllim heyəti iştirak ediblər.
Tədbiri açıq elan edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov iştirakçıları salamlayaraq görüşün əhəmiyyətindən danışıb. O, universitetlərin brendinqi və identiklik məsələlərinin strateji inkişaf üçün vacibliyini vurğulayaraq bildirib ki, rəqəmsal transformasiya və innovativ təhsil metodlarının tətbiqi ali təhsildə yüksək nəticələr əldə olunmasına imkan yaradır.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova da çıxışında universitetlərin brend strategiyalarının qlobal təhsil sisteminə inteqrasiya baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlığın ali təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbir panel müzakirələrlə davam edib. "Avrasiya universitetləri – ortaq dəyərlər icması", "Dəyərlər və missiya: davamlı beynəlxalq inkişaf", "Avrasiya universitetlərinin rəqəmsal strategiyası", "Rəqəmsallaşma və süni intellektin universitetlərin qlobal imici və rəqabət qabiliyyətində rolu" kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr Avrasiya universitetlərinin brend strategiyalarının, rəqəmsal transformasiyanın və ali təhsildə milli kimliyin qorunması məsələlərinin geniş təhlilinə həsr olunub.
Görüş çərçivəsində ADNSU ilə Özbəkistanın Namangan Dövlət Texniki Universiteti və Qazaxıstan Mülki Aviasiya Akademiyası, eləcə də digər xarici universitetlərlə ölkəmizi təmsil edən ali təhsil müəssisələri arasında memorandumlar imzalanıb.
Tədbirin sonunda qonaqlar ADNSU-nun Rəqəmsal Energetika və Kibertəhlükəsizlik laboratoriyalarını, həmçinin Tarix və Minerologiya muzeylərini ziyarət ediblər. Universitetin elmi mühiti, laboratoriyaları və tədris imkanları ilə yaxından tanış olan qonaqlar ADNSU-nun potensialını yüksək qiymətləndiriblər.
ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da ADNSU-da

Sosial       Tarix: 27 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler maraqlı xəbərlər son xeberler bu gun bugunun xeberleri