Afaq Aslan: "O, estetik cərrah deyil, mal həkimidir

Afaq Aslan: "O, estetik cərrah deyil, mal həkimidirXəbər verdiyimiz kimi 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Onun həkimi məşhur plastik cərrah Sirus Qoçxani olub.
Open.az Yenisabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan məsələyə müğənni Afaq Aslan da sərt reaksiya verib. İfaçı Siruz Qoçxanini qatil adlandırıb və onun həbs edilməsini tələb edib: "Bu videoya baxan insanın ürəyi necə param-parça olmasın axı? Bu gənc qızın yerində hər birimizin övladı və ya yaxını, doğması ola bilər! Bu qaçılmazdır... Amma mənə maraqlı gələn isə həkim deməyə belə dilim gəlməyən, daşıdığı həkimlik peşəsinə böyük bir ləkə olan "estetik cərrah"(heç bir tibbi savadı olmayan mal həkimi) Siruz Qoçxani sizcə, gənc xanımların həyatlarını niyə məhv edə-edə gedir??? Bu artıq neçənci gənc xanımdır Siruz Qoçxani əməliyyat masasında öldürür və hərkəs buna susur!!! Niyə heç kim də buna heç bir reaksiya vermir? Deməli, bir il bundan öncə mən bu həkimlə bağlı bir paylaşım etdim, dərhal əl-ayağa düşərək başladı bütün jurnalistlərə pul paylamağa və mənim açıqlamamı xəbər səhifələrindən sildirməyə! Hətta öldürdüyü gənc xanımların ailələrini belə pulla susdura biləcək gücü hardan alır bu Siruz bəy, çox maraqlıdır! Kimə güvənir? Bəs bu qədər insanların həyatına son qoyur niyə hüquq mühafizə orqanları həbs etmir bu qatili? Bəlkə, bunun bizim millətlə nəsə bir şəxsi qərəzliyi var deyə cavan-cavan qızları öldürə-öldürə gedir?! Yəqin ki, Siruz bəy ölkəmizdə ermənilər tərəfindən məaliyyələşdirilən və yüksək qonorarlar müqabilində bilərəkdən sifarişli şəkildə həmyerlilərimizi öldürən bir fiqurdur! Məncə, hüquq mühafizə orqanları Siruz Qoçxani barəsində ciddi araşdırma aparmalıdır görək arxasında kim dayanır bu Siruz bəyin? Kimə güvənir? Və millətimizi qırıb batırmaqda məqsədi nədir? Kimdir görəsən bu həkimi məaliyyəşdirib həbs olunmasına imkan verməyən? Bu həkimə bilirsiniz nə etmək lazımdır? Dövlət başçısının xüsusi götərişi ilə DTX-nın keçirməkdə olduğu həbs qəti imkan tədbirləri nəticəsində millətimizin qanını içən və dövlətə xəyanət edən icra başçılarının həbsə salındıqları dustaqxanada Siruz Qoçxaniyə də bir kamera hazırlatmaq lazımdır ki, bütün cəmiyyətə də örnək olsun ki, belə dırnaqarası həkimlərin yeri xəstəxana yox həbsxanadır".
Qeyd edək ki, ölüm may ayının 11-də "Baku Medical Plaza"da qeydə alınıb. Əslən Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Məlumata görə, hadisə yerində olan T.Musazadənin anası bildirib ki, bundan öncə də qızı 2 dəfə plastik əməliyyat keçirib. Bu dəfə isə onun üzərində gluteoplastika-popo şəkilləndirmə əməliyyatı keçirilib.

Şou Biznes       Tarix: 14 may 2020
f Paylaş

Oxşar xəbərlər

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə


son xeberler azerbaycan xeberleri yeni xeberler hava proqnozu idman xeberleri kriminal bugun hava haqqinda