Afaq Bəşirqızı və söyüşün qısa tarixi

Afaq Bəşirqızı və söyüşün qısa tarixiOpen.az kulis.az-a istinadən Qismətin "Söyüşün qısa tarixi" yazısını təqdim edir.
Afaq Bəşirqızıyla bağlı facebookda belə bir stasus yazdım:
"Afaq Bəşirqızı da sovetdənqalma nepotizm örnəklərindən biridir. Nepotizm - peşəkar keyfiyyətlərə görə yox, qohumluq-tanışlıq əlaqələrinə əsasən kimisə qabağa çəkməkdir. Afaq xanım da Bəşir Səfəroğlunun qızıdır, xüsusi bir talantı, intellekti yoxdur, təntənəli ortabablıq nümunəsidir, "delovoy, diribaş xala" obrazıyla səhnədə də, həyatda da dolanır. "Afaq gülür, güldürür" kimi ucu-bucağı görünməyən zövqsüz işlər görüb, son aylarda isə özünü sosioloq, xilaskar, həqiqət carçısı kimi aparmağa başlamışdı. Burda artıq İncil motivi işə düşür, xoruz banına qədər həqiqəti satmağa başlayıb..."
Birbaşa və dolayı reaksiyalardan hiss etdim ki, mövzunu bir az da açmağa ehtiyac var, həmişəki kimi.
Cem Yılmaz müsahibələrinin birində deyir ki, səhnədə söyüşlə danışdığıma görə məni qınayanlar çöldə məni görəndə yaxınlaşıb ən biədəb anekdotları danışmağa başlayırlar və utanıram.
Məsələ nədir? Cem Yılmazın səhnədəki söyüşcül obrazı Türkiyə yumor ənənəsindəki Məddah kültürünün İstanbulun küçə jarqonuyla birləşməsindən yaradılıb, yəni o, doqmatik, tabu olanı söyüşlə neytrallaşdıran, həqiqəti faş edən personajdır. Bir dəfə də belə demişdi: Mənə təlxək deyirlər, qürur duyuram, təlxək krala barmaq eləyən yeganə adamdır.
Cemin yaratdığı tip türk kinematoqrafiyasında Sadri Alışıkla başlayır. Cem Yılmaz bu personajın (maskanın) arxasından öz monoloqonu deyir və özünün dediyi kimi, biletin üstündə qiyməti də var, məzmunun açıq-saçıqlığıyla bağlı xəbərdarlıq da. Söyüş eşitməkdən rəncidə olursansa, bilet alma. Açın, baxın, görün, Cem Yılmaz səhnədən kənar qonaq olduğu müzakirə proqramlarında (şou yox) nələrdən danışır, hansı filmləri, kitabları tövsiyə edir.
Görünür, çox sadə başqa bir məqamın da izaha ehtiyacı var. Sənətşünaslıqda müəlliflə oxucu, rejissorla tamaşaçı arasında xəyali bir müqavilə təsəvvür olunur, yəni müəllif kitabını roman kimi təqdim edibsə, avtomatik şəkildə həmin kitabı alan oxucu ilə arasında xəyali bir müqavilə, razılaşma işə düşür: oxumağa hazırlaşdığın kitab tarixi gerçəklik deyil, fiksiyadır, bədii gerçəklikdir. Volterin "İctimai müqaviləsi"ndən bu yana həmin prinsip başqa-başqa sahələrdə özünəməxsus şəkildə təzahür etdi. Filmlərin üstünə yazılan yaş və məzmun xəbərdarlığı da (tutalım, "Netfliks"də baxmağa hazırlaşdığın kontentlə bağlı "narkotik maddələrdən istifadə, seks, şiddət və s. tipli xəbərdarlıqlar var), elmi məqalələrin əvvəlində istifadə olunan "açar sözlər" prinsipi də təxminən eyni təzahürdür – oxucuyla, tamaşaçıyla xəyali bir kontrakt bağlamaq, onu daxil olmağa hazırlaşdığı dünyanın "oyun qaydaları" ilə tanış etmək.
Mən xaraktercə nadir hallarda söyüş söyürəm, amma bu olayda məsələ söyüşün kontekstidir. Neçə illərdir xeyli sənətçimizin dilindən eşidirik ki, "səhnədə söyüş söymərəm, elə rolda çəkilmərəm, camaatın anası-bacısı var" və s. İndi isə məlum olur ki, hələ oynamadığı rolların əxlaq bəkçiliyini edənlərin (fiktiv personajın namus-qeyrətini qorumaq da ayrıca yazılası fenomendir!) çoxu artıq klişeləşmiş "səhnə həyatı" ilə "həyat səhnəsi" ifadələrinin məntiqini belə başa düşmürlər, ya da necə sərf edirsə, elə qavrayırlar. Bir balaca arxayınlaşan kimi, dəstək görən kimi, canlı yayıma zəng edib söyüş söymək, təxminən, nüfuzundan istifadə edib kafelərdə qoçuluq edən feodal-patriarxal Fatih Tərim kafasıdır.
Ekonun dediyi kimi, pornoqrafiya açıq-saçıqlıq yox, pis yazmaqdır.
Ədəbiyyatşünas Melissa Mohr "Söyüşün qısa tarixi" kitabında yazır ki, söyüş dilin alət çantasındakı çəkicdir. Melissa xanımın bu maraqlı kitabı şifahi xalq yaradıcılığından yazılı ədəbiyyata qədər söyüşün istifadə formalarına nəzər salır. Alim yazır ki, XVII əsrdə Ranterlər adlı dini qrupun üzvləri insana xas olan bütün instinktlərin ilahi mənşəli olduğuna inandıqları üçün "söyüşlü dualar" oxuyurdular, onlara "vızqırd getsinçilər" də deyirmişlər, indiki dillə desə, "çox da şey eləməyэnlər."
Ziqmund Freyd "Gündəlik həyatın psixopatologiyası" kitabında məşhur "dil sapmaları" tezisini ortaya atıb, el dilində desək, "dil çaşar, düzünü deyər." Freydin fikrincə, cəmiyyətdəki tabular, qadağalar şüurlu şəkildə qarşılanmayanda təhtəlşüurda gizlənir, arxivlənir, sonra isə müxtəlif faktorların təsiri altında çaşıb dilə gəlir. Bu tezis bu günə qədər mübahisəli olsa da, görünür, bəzi vəziyyətləri izah etmək üçün hələ də effektivdir. Feministlərin şüarındakı qadın cinsiyyət orqanının adına görə xalqdan üzr istəyən aktrisa canlı yayıma zəng vurub maskulin, fallosentrik nitq irad edirsə, adamın yadına Viktor Pelevinin məşhur "Ziqmund kafedə" hekayəsindəki refren düşür: aha, aha.

Şou Biznes       Tarix: 23 aprel 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /


yeni xeberler son xeberler azerbaycan xeberleri qarabag xeberler azerbaycanda son xeberler sonxeber.az