Afaq Gəncəli: 'Məni ölümlə hədələyiblər
Aparıcı Afaq Gəncəli Mtv Azərbaycan kanalında qonaq olduğu "10-da görüşək" verilişində açıqlaması ilə diqqət çəkib.
azxeber.com xəbər verir ki, tele ulduz aparıcısı olduğu maqazin proqramına görə ölümlə hədələndiyini açıqlayıb:
"Uzağa getməyək, Türkiyə və Rusiyanın maqazin verilişlərinə baxanda hamımız deyirik ki, nə gözəldir, ulduzların şəxsi həyatından tutmuş, villasını, qarderobunu, evində çalışan işçisinə qədər hər şeyini göstərirlər. Hamıya bunlar maraqlı gəlir və onlardan danışırlar. Sıra gəlir, çatır bizə... İnsanlıq halı, hər birimizin həyatında nələrsə baş verə bilər. Biz insanıq, ikinci dəfə ailə həyatı da qura, evimizdə hər şeyi də göstərə bilərik. Bizdə hər şey təəccüb və heyrətlə qarşılanır və dərhal "olmaz" sözü deyilir. Əgər biz hər şeyi olduğu kimi, normal qəbul etsək... Real həyatda hamımız hər şeyi artıqlaması ilə ifratına qədər belə qəbul edirik. Amma sıra təqdimata gəlib çatanda "aydan arı, sudan duru" məsələsi ortalığa çıxır. Sənin abırın imkan vermir ki, ona deyəsən ki, ay insan bu axı belə deyil... Amma o utanmır sənə desin ki, bu belə deyil. Çox çətin məsələlərdir. Hətta mənə zəng vurub, ölümlə hədələyiblər. Sən çıxıb bunu desən, biz səni öldürəcəyik. Bu, boş söhbətlərdir".
Aysel

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var