AFFA-da nə baş verir? - Növbədənkənar konfrans qərarının arxasındakı sirr

AFFA-da nə baş verir? - Növbədənkənar konfrans qərarının arxasındakı sirrXəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin son iclasında 8 yanvar 2020-ci ildə növbədənkənar konfransın çağırılması barədə qərar qəbul olunub.
Burada "növbədənkənar" sözü diqqət çəkir.
Mətbuatda dərc olunmuş məlumatlara əsaslanaraq deyə bilərik ki, AFFA-nın bu günə qədər növbədənkənar iclası keçirilməyib. Milli komandanın AVRO-2020 seçmə mərhələsi başda olmaqla, son bir neçə ildə göstərdiyi uğursuz və biabırçı nəticələr, Premyer Liqada mübarizə aparan klubların say azlığı, rəqabətsizlik və sosial şəbəkələrdə gündəmdən düşməyən "AFFA İSTEFA" şüarlarından sonra növbədənkənar konfrans, bəlkə də yerinə düşən qərar oldu.
AFFA-da nə baş verir? - Növbədənkənar konfrans qərarının arxasındakı sirrMəsələ ilə bağlı müraciət etdiyimiz AFFA rəsmisinin də açıqlamaları müşahidəmizin əsaslı olduğunu göstərdi. Federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "növbədənkənar" sözünə bu cür izah verdi: "Nizamnaməyə görə, dörd ildən bir keçirilən AFFA-nın növbəti konfransı və Hesabat Seçki Konfransı hesabat ilinin ilk 3 ayı ərzində olmalıdır. Yəni yanvar ayından martın sonuna qədər bunu etmək olar. Niyə növbədənkənardır? Çünki, AFFA-nın nizamnaməsində müəyyən dəyişikliklərin aparılması ilə əlaqədar İcraiyyə Komitəsində təkliflər planı hazırlanıb. Hər şey dəyişir, inkişaf edir və dövrün tələbləri ilə ayaqlaşmalıyıq. Nizamnamədə də bəzi məsələlər var ki, onların yenilənməsinə ehtiyac duyulub. Məsələn, sadə birini deyə bilərəm: İcraiyyə Komitəsinin üzvlərinin seçkisi. Təfərrüatını açıqlaya bilmərəm. Təkliflərdə nizamnamənin dəyişikliyi ilə bağlı elə məsələlər var ki, onları növbədənkənar konfrans təsdiqləməlidir. Bu yolla konfransda həmin yeni nizamnaməyə uyğun olaraq seçkini keçirmək mümkün olacaq. Yoxsa, bir işi iki dəfə görməli olacağıq. Nizamnamədə həmin dəyişikliklər dəstəklənəcək və daha sonra Hesabat Seçki Konfransı keçiriləcək".
AFFA-da nə baş verir? - Növbədənkənar konfrans qərarının arxasındakı sirrNövbədənkənar konfransın AFFA rəhbərliyinin onlara qarşı doğan narazılıqdan nəticə çıxararaq istefaya getməsi və ya islahatlar aparması ilə bağlı ola biləcəyi ehtimallarını isə F.Abdulla belə dəyərləndirdi: "Növbədənkənar konfrans İcraiyyə Komitəsinin üzvlərini seçmək səlahiyyətinə malik deyil. Komitənin tərkibinin dəyişməsi üçün Hesabat Seçki Konfransı keçirilməlidir. AFFA-nın nizamnaməsinə görə, 2 formada növbədənkənar konfrans çağırıla bilər: AFFA-nın üzvlərindən və ya dolayı üzvlərindən hər hansı biri tələb qaldırır ki, növbədənkənar konfrans çağırılsın, ya da İcraiyyə Komitəsi özü çağırır. İcraiyyə Komitəsi növbədənkənar konfransla bağlı qərar qəbul edərsə, gündəliyi də özü təyin edir və həmin gündəlik heç bir halda dəyişdirilə bilməz".
AFFA nümayəndəsinin cavabını qaneedici hesab etmədiyimiz üçün futbol mütəxxəssislərinə müraciət etmək qərarına gəldik. İdman jurnalisti Amal Abuşov məsələ ilə bağlı suallarımızı cavablandırarkən bildirdi ki, bu günə qədər AFFA İcraiyyə Komitəsinin nəyisə müzakirə edib qərar çıxarmasına rast gəlməyib:
AFFA-da nə baş verir? - Növbədənkənar konfrans qərarının arxasındakı sirr"Ümumiyyətlə, İcraiyyə Komitəsi ilə bağlı elə bir ab-hava var ki, görüntü olaraq da, faktiki olaraq da AFFA-nın baş katibliyinə de-yure yox, de-fakto kimi görünür. Yəni Elxan Məmmədovun ideyaları və diktəsi ilə qərarlar verilir. Onun dedikləri həyata keçirilir. Ola bilsin ki, ölkədəki ümumi proseslərin bir parçasına çevrilmək və tənqidləri azaltmaq üçün İcraiyyə komitəsində bəzi adlar nisbi olaraq dəyişilə bilər. İki-üç nəfər gedə bilər. Bunlardan biri Firudin Qurbanov ola bilər. Kosmetik dəyişikliklər ola bilər. AFFA prezidentinin dəyişəcəyinə isə inanmıram. Xüsusən, baş katiblə bağlı ictimaiyyət arasında kifayət qədər tənqidlər var. Bu işin ciddiyyəti də artıq zarafata çevrilib. Amma Elxan müəllim ikiəlli öz kreslosundan yapışıb. AFFA prezidenti futbola pul ayıran şəxsdir. Dəfələrlə vurğulanıb ki, maliyyə ilə bağlı milli komandada, yaxud AFFA-nın özündə bir problem yoxdur. Əsas problem idarəçiliklə, məşqçi seçimləri, uşaq futboluna nəzarət və köməklə bağlıdır. Bu problemlər həll olunmalıdır. Bu baxış dəyişmədən nəticə əldə olunan deyil".
A.Abuşovun fikrincə, AFFA zamanla qapalı bir quruma çevrilib: "Asossiasiya İcraiyyə Komitəsinin sonuncu iclası ərəfəsində rəsmi saytı vasitəsilə elan verdi ki, iclasdan sonra mətbuat konfransı, brifinq keçirilməyəcək. Yəni bunun özü də göstərir ki, AFFA həm mətbuat, həm də ictimaiyyətə qapalı bir quruma çevrilir. Nə hesabat, nə də bir açıqlama verirlər. Yurçeviç niyə təyin olunmuşdu? Niyə qovuldu? Hədəf nə idi? AVRO-2020-ə yüksəlmək istəyirdik, niyə yüksələ bilmədik? Bunu soruşmağa meydanda adam da qalmayıb. AFFA rəhbərliyi çərçivəsində geniş mətbuat konfransı keçirilməlidir. Bütün suallara aydınlıq gətirilməlidir. Son 1 ildə o qədər müəmmalı proseslər baş verdi ki, heç birinə düzgün hesabat təqdim olunmadı. Bizim tərəfimizdən dəfələrlə AFFA-ya müraciət olunub. Baş katib Elxan Məmmədov səviyyəsində geniş müsahibə, mətbuat konfransı tələbimiz olub. Ancaq hamısı da qulaqardına vurulub".
AFFA-da nə baş verir? - Növbədənkənar konfrans qərarının arxasındakı sirrMütəxəssis, futbol ictimaiyyətinin hədəf taxtasına çevrilən Baş katib Elxan Məmmədovla bağlı bunları qeyd etdi: "Elxan Məmmədov millinin baş məşqçisi postuna gətirilməlidir. Çünki hər şeyə nəzarət edir. Bizim milli komandaya hazırda baş məşqçi lazım deyil. Milli komandada 6-7 milliləşdirilmiş futbolçu var. Oradan-buradan tapıb gətirirlər. Bizim futbolun problemləri daha dərindədir. Yurçeviçin gəlişinin heç bir mənası yox idi. Qurban Qurbanov milliyə baş məşqçi təyin olunanda AFFA prezidenti səviyyəsində elan olunmuşdu ki, 6-7 illik müqavilə bağlanacaq. Yəni pilləli və mərhələli şəkildə Azərbaycan futbolunda dəyişikliklər baş verəcək. Amma Qurban Qurbanova cəmi 1 il dözə bildilər. Yurçeviç ayrılarkən verdiyi açıqlamada Azərbaycan futbolçularının elə də güclü olmadıqlarını, pillə-pillə burada inkişaf etməli olduqlarını vurğuladı. Qurbanovun 1 il əvvəl göndərilərkən dediyi sözləri Yurçeviç təkrar etdi. Bu dəqiqə kimi gətirib milliyə qoysan, mənası yoxdur. Əcnəbi məşqçilər vasitəsilə AFFA bir az özünə imic düzəldir. Kimlərinsə gözünə kül üfürməyə çalışırlar. Ancaq zaman sübut edir ki, Berti Foks, Robert Prosineçki, Nikola Yurçeviçin nəticələri aşağı-yuxarı eynidir".
Məhərrəm, Zümrüd

İdman       Tarix: 17 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri kriminal bugun son xeberler 2026 son xeberler bugun