AFFA İntizam Komitəsi klubları cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
KONKRET.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının V turunda baş vermiş hüquq pozuntuları ilə əlaqədar qərarlar çıxarılıb.
"Turan Tovuz"la ev oyununda Şamaxı şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsi səbəbindən eyniadlı klub 800 manat cərimə olunub.
"Səbail" komandası ilə ev matçında azarkeşləri meydana kənar əşyalar atdıqlarıı üçün "Sabah"a 1600 manat cərimə kəsilib.
"Kəpəz" – "Qarabağ" qarşılaşmasında Qəbələ şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsinə görə nominal meydan sahibləri 800 manat ziyana düşüb.
"Kəpəz" daha 1 600 manat cəriməni futbolçusu Tural Rzayevin ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəbindən ödəyəcək. Rzayevin özü 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.
"Qarabağ" isə azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etmələri səbəbindən eyni məbləğdə cərimələnib.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi