AFFA-nın İcraiyyə Komitəsinin qərarları AÇIQLANDI

AFFA-nın İcraiyyə Komitəsinin qərarları AÇIQLANDIBu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Publika.az qurumun saytına istinadlan xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
AFFA-nın İntizam Komitəsinin sədri və aşağıda adı göstərilmiş üzvləri təsdiq olunsun:
- Sədr: Erkin Hüseynov
- Üzvlər: Cahangir Həsənzadə, Məhəmməd İsmayılov
2. Oyunçuların Statusu və Transferi Komitəsinin yeni Əsasnaməsinin təsdiq olunsun
3. Fritz Stuchlikin Hakimlər Komitəsinin sədri vəzifəsində müqaviləsinin müddəti uzadılsın
4. Babək Quliyev Hakimlər Komitəsinin üzvü vəzifəsinə təsdiq olunsun (vakant yerə)
5. Hakimlər üçün "Tofiq Bəhramov mükafatı"nın Əsasnaməsi təsdiqlənsin. Mükafat 2021-2022-ci il mövsümündən etibarən təqdim olunsun
6. Birinci Divizionda limit aşağıdakı kimi müəyyənləşsin:
5 nəfər təvəllüdü 2000-ci ilə qədər olan futbolçu, 6 nəfər yaş məhdudiyyəti olmadan. Yaş məhdudiyyəti tətbiq olunmayan 6 futbolçudan 2-si legioner ola bilər
7. Əvəzedici komandası Birinci Divizionda və qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klubların 2020-2021-ci il mövsümü üçün nəzərdə tutulan müvafiq cəriməsi COVİD-19 pandemiyası ilə əlaqədar ləğv olunsun. 2021-2022-ci il mövsümündə əvəzedici komandasının Birinci Divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150.000 (yüz əlli min) AZN cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası Birinci Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50.000 (əlli min) AZN ödənilsin;
8. Pandemiya səbəbindən futzal üzrə ölkə çempionatının keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA kubokunda çıxış edəcək klubun müəyyənləşdirilməsi Futzal Federasiyasına tapşırılsın
9. Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva ilə müqavəli 1 il müddətinə uzadılsın
10. 2021-2022-ci il mövsümündən başlayaraq Birinci Divizionda çıxış edən ən azı 2 kluba 2022-2023-cü mövsümündən etibarən sponsorların tapılması məqsədilə AFFA tərəfindən çalışmalara başlanılsın (klublar sponsor tapılmasında çətinliklər yaşadığı üçün)
11. Növbəti mövsüm üçün Birinci Divizion klublarından heç birinin Premyer Liqa ilə bağlı lisenziya şərtlərini yerinə yetirə bilməməsi və pandemiya ilə bağlı ortaya çıxan çətinliklər nəzərə alınaraq, Premyer Liqada növbəti mövsüm də ötən mövsüm çıxış etmiş komandalar iştirak etsin.
İclasda məlumat verilib ki, "Turan Tovuz" Futbol Klubunun nəzdində inşa olunmuş Akademiyanın saxlanılması üçün 1 illik 400 000.00 AZN vəsait tələb olunur. Bununla əlaqədar AFFA tərəfindən FIFA-ya müraciət ünvanlanıb. Layihə FIFA tərəfindən müsbət dəyərləndirilib. Növbəti 3 il ərzində "Turan Tovuz" Futbol Klubunun nəzdindəki akademiya FIFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək.

İdman       Tarix: 31 may 2021
f Paylaş

Oxşar xəbərlər

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az