Afinaya uçan təyyarənin göyərtəsində bomba tapılmadı - YENİLƏNİB
Afina Beynəlxalq Hava Limanına eniş edən İrlandiyanın "Ryanair" şirkətinə məxsus "Boeing 738" tipli təyyarəyə bomba qoyulması ilə bağlı məlumat öz təsdiqini tapmayıb.
KONKRET.az Yunanıstanın "ERT1" telekanalına istinadla xəbər verir ki, sərnişinlər və baqajda partlayıcı maddə olub-olmaması yoxlanılıb, təyyarənin özü də yoxlanılıb.
Heç bir partlayıcı və ya partlayıcı qurğu aşkar edilməyib.
***
20:57
Polşadan havaya qalxan İrlandiyanın "Ryanair" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində bomba olması barədə xəbərdarlıq siqnalı göndərilib və təyyarə Yunanıstanın "F-16" qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına doğru uçub.
KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT1 telekanalı məlumat yayıb.
Qeyd olunub ki, artıq bu iş üzrə bütün yer və hava protokolları cəlb olunub. Hava limanında laynerin enişdən sonra götürüləcəyi xüsusi sahə ayrılıb.
Öz növbəsində "Proto Thema" qəzeti bildirib ki, söhbət göyərtəsində 192 nəfərin olduğu Boeing 738 təyyarəsindən gedir. Bomba siqnalından sonra xüsusi təyinatlı polis bölmələri Afina Beynəlxalq Hava Limanına göndərilib.
Təyyarə Afina Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Sərnişinlər və ekipaj üzvləri sürətlə təxliyə edilib. Təyyarəni müşayiət edən F-16 qırıcıları Volos şəhəri yaxınlığındakı hava bazasına qayıdıb.
Müntəzəm reys həyata keçirən "Boeing 738" Katovitse şəhərindən Afinaya uçurmuş.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Afina hava limanında təyyarə partlayıcı qurğular üzrə ixtisaslaşmış polis bölməsi tərəfindən yoxlanılacaq.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır