Ağ Ev Konqresdən Türkiyə ilə yeni silah razılaşmasını təsdiqləməyi istəyib

Ağ Ev Konqresdən Türkiyə ilə yeni silah razılaşmasını təsdiqləməyi istəyibAğ Ev Konqresdə Türkiyəyə 40 yeni F-16 qırıcısı satmaq üçün ayrıca təklifə dəstək səviyyəsini ölçmək məqsədilə razılaşmadan istifadə edə bilər.
KONKRET.az-ın xəbərinə görə, bunu ABŞ-ın "The Wall Street Journal"ı yazıb.
Adı açıqlanmayan amerikalı rəsmilərə istinadən hazırlanan məqalədə qeyd olunub ki, Türkiyənin rəsmi Kiyev və Moskva arasında danışıqlara ev sahibliyi etməsi, Rusiyanın döyüş gəmilərinin Qara dənizə girməsinə mane olması ilə ABŞ-la daha mütəmadi təmaslar qurulub və münasibətlərdə daha möhkəm addımlar atılıb.
Nəşrin məlumatına görə, razılaşma Türkiyəyə F-16-lar üçün raket, radar və elektron avadanlıqların göndərilməsini ehtiva edir.
Rəsmi şəxslər "AIM-9 Sidewinder" və "AIM-120 Amraam" raketlərinin, həmçinin radar və digər avadanlıqların satışının Türkiyəyə 400 milyon dollardan çox başa gələcəyini bildirib.
Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da fikirlərinə yer verilib. O, martın sonunda F-16-ların modernləşdirilməsi və yeni alışlarla bağlı ABŞ-la müsbət yanaşmaların olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, proses belə davam edərsə, Türkiyə alacağı F-16-ları və modernləşdirmə işlərini tez bir zamanda başa çatdırmaq imkanı əldə edəcək.
R.T.Ərdoğan həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Cozef Bayden ona bu məsələyə müsbət yanaşmasını Konqresə təqdim edəcəyini, S-400-lərin Türkiyənin mülkü olduğunu və bu məsələ ilə bağlı müzakirələrin hazırda Türkiyə üçün qapalı olduğunu bildirib.
Qeyd olunub ki, ABŞ və Türkiyə rəsmiləri Ankaranın 2017-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasından sonra münasibətlərin bərpası üçün F-16 razılaşmasının vacibliyini vurğulayıblar. Lakin Konqresin hər iki palatası Ankaranın Rusiya ilə əlaqələrinə və Türkiyədə insan haqları ilə bağlı narahatlıqlara etiraz edərək satışın əleyhinədir. Bununla belə, Bayden administrasiyasının tələbindən sonra Konqresin cavabı hələ də maraq doğurur.
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Dövlət Departamenti təklif olunan müdafiə transferləri Konqresə rəsmi şəkildə çatdırılana qədər onları açıq şəkildə şərh etməyəcək. Türkiyə Milli Müdafiə Nazirliyi isə sorğuya cavab verməyib.
Ankaranın ötən il müraciətindən sonra Ağ Evin bu ilin sonunda Türkiyənin mövcud təyyarələrinin modernləşdirilməsi və yeni F-16 eskadrilyasının satışı ilə bağlı Konqresə ayrıca sorğu göndərəcəyi gözlənilir. Türkiyə və Amerika rəsmiləri F-16-nın satışının iki müttəfiq arasında illərlə davam edən gərginliyi azaltmağa və Türkiyənin Rusiya və Çinə yaxınlaşmasının qarşısını ala biləcəyini iddia ediblər.//Report

Siyasi       Tarix: 11 may 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler sou biznes qurban bayrami 2026 son xeberler bu gun cəbhədən son məlumat