Ağ Ev Putinlə Baydenin danışıqlarının təfərrüatlarını açıqladı
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında danışıqların təfərrüatları açıqlanıb.
KONKRET.az xəbər verir ki, görüş barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, Bayden Putinlə Ukrayna ilə sərhəddə qüvvələrin toplanmasını müzakirə edib.
Bayden bildirib ki, ABŞ Rusiya ilə həm qarşılıqlı diplomatik fəaliyyətə, həm də digər senarilərə hazırdır.
Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, ABŞ Rusiyanın qeyri-adekvat addımlarına qəti və çevik şəkildə cavab verəcək.
Qeyd edək ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təşəbbüsü Vaşinqtondan gəlib və Amerika tərəfinin yazılı müraciəti olub.
Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Rusiya və ABŞ rəhbərləri arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var