Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyuldu
Müğənni, Xalq artisti Ağadadaş Ağayevin ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.
azxeber.com xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar verilib.
Qərara əsasən, Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin iddiası təmin edilib və müğənninin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub. Yalnız vergi borcları ödəndikdən sonra DVX həmin qadağanı aradan qaldıra bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyulması üçün barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılması ilə bağlı xəbər vermişdik. Belə ki, müğənniyə məxsus "Ağadadaş" MMC-nin dövlət büdcəsi və fondlara borcu yaranıb. Sənətçi bu borcları vaxtında ödəmədiyi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi onun ölkədən çıxışına qadağa qoyulması haqqında Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat