Ağalı sakini olan qadının ölüm səbəbi məlum oldu

Ağalı sakini olan qadının ölüm səbəbi məlum olduÖtən gün sosial şəbəkələrdə Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndinə köçən Kübarə Sultanovanın ölüm xəbəri yayılıb. K.Sultanovanın gah sevincdən ürəyinin partlaldığı, gah da həkimin gec gəlməsi nəticəsində dünyasını dəyişdiyi iddia edilib.
Mərhumənin oğlu Valeh İsmayilov "Report"a açıqlamasında hadisənin necə baş verdiyinə aydınlıq gətirib.
O bildirib ki, anası xeyli müddətdir dağınıq skleroz və onkoloji xəstəliklərdən əziyyət çəkirmiş:
"Anam birinci qrup əlil və yataq xəstəsi idi. Köçürülmə ərəfəsində bizə tibbi müayinədən keçmək üçün zəng etmişdilər, amma mən anamı aparmaqdan imtina etdim.
Sonra iyulun 21-i Ağalıya köçdük. İki gün vəziyyəti yaxşı idi. Kəndinə qayıtdığına görə sevinirdi. Növbəti gün temperaturu yüksəldi, vəziyyəti pisləşdi. Ağalı kəndində fəaliyyət göstərən tibb məntəqəsindən həkim çağırdıq, gəlib müayinə etdilər. Nə qədər iynə dərman edildisə də, anamın həyatını xilas etmək mümkün olmadı".
V.İsmayilov anasının vəziyyəti pisləşdiyi zaman həkimin gəlməməsi barədə sosial şəbəkələrdə yayılan iddiaları təkzib edib: "Anam vəfat edəndən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsindən zəng etmişdilər, nümayəndələri də gəlmişdi. Tanışlarım, dostlarım yazıb vəziyyətin necə olmasın maraqlanırlar. Təəssüf edirəm ki, dəqiq olmayan məlumatlar yayılır. Bunu yazanlar zəng edib dəqiqləşdirə bilərdilər. Anamın nə sevincdən ürəyi partlayıb, nə də həkimin gəlməmisi söhbəti olub. Hamısı yalandı".
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsi Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev "Report"a bildirib ki, Ağalı sakini Kübarə Sultanovanın vəfatı ilə bağlı məlumat alan kimi mərhumun ailə üzvləri ilə əlaqə saxlayıblar: "Kübarə Sultanovanın oğlu Valeh İsmayilov bizə bildirdi ki, anası ağır xəstə olub və bunun nəticəsində dünyasını dəyişib. Mərhuma Allahdan rəhmət diləyirik, yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Sosial       Tarix: 26 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler bugun cəbhədən ən son xəbərlər bu gunun xeberleri sonxeber.az