Ağcabədidə qadınların məşğulluğa çıxış imkanları genişləndirilir - FOTOLAR
Ağcabədi rayonunda qadınların məşğulluğunun artırılması, sahibkarlıq istiqamətində təmsilçiliyinin və cəmiyyətdəki nüfuzunun yüksəldilməsi məqsədilə "Qadınların məşğulluq imkanlarının genişləndirilməsinə dəstək" adlı layihənin icrasına başlanılıb.
azxeber.com xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova layihə barədə ətraflı məlumat verib. Bildirib ki, məqsəd həssas əhali qrupundan olan qadınların davamlı olaraq məşğulluğuna dəstək olmaq, həmçinin onların kiçik sahibkar kimi formalaşmalarına, bilik, bacarıqlarının artırılmasına, müvafiq peşəyə yiyələnmələrinə təkan verməkdir. Layihə çərçivəsində qadınlar üçün öz biznesini qurması və sahibkarlıq fəaliyyətini formalaşdırılması istiqamətində bilik və bacarıqlarının artırılması üzrə təlimlər, eyni zamanda, müxtəlif peşə kursları təşkil ediləcək. Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq. Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat veriləcək və məşğulluğunun təmin edilməsinə dəstək göstəriləcək.
Güvən Xeyriyyə İctimai birliyinin sədri Nigar Bayramlı qeyd edib ki, dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Bu siyasətə dəstək məqsədilə qeyri-hökumət təşkilatları da müxtəlif təşəbbüslərlə çıxış edir. Həyata keçiriləcək bu layihədə də məhz dövlət-özəl və qeyri-hökumət təşkilatlarının birgə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir.
Digər çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərraf Nağıyev, Fairmont Bakı Otelinin Heyətin idarə olunması departamentinin direktoru Fidan Hüseynova və Təlim və inkişaf üzrə menecer Şəbnəm Nəbizadə də layihə iştirakçılarına uğurlar arzulayıb. Qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasında bundan sonra da lazımi dəstək göstərəcəklərini vurğulayıblar.





Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"