Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilir

Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilirPrezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməlini qoyduğu Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilir.
azxeber.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.
Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.
I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 331,35 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası tamamlanmışdır.
Yolun 0-32,4 km-lik hissəsində layihə çərçivəsində 36 ehtiyat keçidi, 31 dairəvi su ötürücü borunun, 27 düzbucaqlı boru, 5 alt keçid, 1 kəhriz keçidinin, 3 ədəd körpünün inşası 90% tamamlanmışdır. Bundan başqa, bitki qatının çıxarılması və qazma işləri 100%, torpaq yatağının tikintisi 92% yerinə yetirilib. Layihənin ilk 32,4 km-lik hissəsi üzrə fiziki tərəqqi 64% təşkil edir.
Yolun 32,4-64,8 km hissəsində torpaq işləri və hamarlayıcı qatın tikintisi bitib. Ayrı-ayrı hissələrdə əsasın alt qatının tikintisi və asfalt-beton örtüyün döşənməsi işləri davam etdirilir. Layihənin sözügedən hissəsində 16 keçid və 25 kommunikasiya borusu, 67 müxtəlif diametrli suötürücü boru inşa edilib.
Bu hissədə inşa olunan körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir. Qeyd olunan hissədə torpaq işləri 100 %, süni qurğular 99 %, yol geyimi 65 % olmaqla, ümumilikdə tikinti işləri 72% icra olunub.
Yolun layihə üzrə nəzərdə tutulan 39-cu kilometrində körpü dayaqlarının tikintisi işləri davam etdirilir. 63 və 65-ci km hissələrində yolötürücünün tikintisi yekunlaşmışdır.
Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir.
Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

Sosial       Tarix: 06 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti ucuzlaşdı

Qlobal enerji bazarlarında neftin qiymətində enmə qeydə alınıb. xəbər verir ki, hazırda dünya birjalarında "Brent" markalı neftin bir barreli 82,92 ABŞ dollarına, WTI markalı yüngül neftin bir barreli isə 80,6

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur - İlahiyyatçı

Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan aylardan biri hesab olunur və müsəlman təqviminin ilk ayıdır. Bu ay xüsusilə faciəli tarixi hadisələr və dini-mənəvi dəyərlərlə əlaqələndirilir. Əsasən də səbr, ibadət

WhatsApp'da mesaj menyusu dəyişdi

"WhatsApp" Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir. -a istinadən xəbər verir ki, "WhatsApp" Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən

12 iyun üçün rəsmi məzənnələr məlum oldu

Azərbaycan Mərkəzi Bankı iyunun 12-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Mərkəzi Bankın məlumatına görə, avro 1,967

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentləri

Bəyim Bayramova VƏFAT ETDİ

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəbin keçmiş direktoru Bayramova Bəyim Vəli qızı 80 yaşında dünyasını dəyişib. . xəbər verir ki, bu barədə məktəbin paylaşdığı məlumatda deyilir. . Bəyim Bayramova məktəbdə 1969–200-c


azerbaycan xeberleri yeni xeberler son xeberler futbol xeberleri en son xeberler cəbhədən son dəqiqə bu gunun xeberleri