Ağdam Sənaye Parkında 1,7 mindən artıq daimi İŞ YERİ YARADILACAQ
Ağdam Sənaye Parkının rezidentləri və qeyri-rezidentləri tərəfindən Sənaye Parkına investisiyalar 176 milyon manat məbləğində (cari məzənnə ilə $103,5 milyon) qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, Ağdam Sənaye Parkında 19 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib.
"Bu 25 sahibkarlıq subyekti tərəfindən ümumilikdə Ağdam Sənaye Parkına 176 milyon manat investisiyanın yatırılması, 1,7 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur", – deyə məlumatda qeyd olunur.
2021-ci il mayın 28-də Prezident İlham Əliyev "Ağdam Sənaye Parkının yaradılması haqqında" Fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır. Ağdam Sənaye Parkının ərazisində ilk istehsal müəssisələri 2023-cü ilin sonunda işə salınacaq.//Fed.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlıq müzakirə olundu
Fatimə həftələrdir reanimasiyada olan anasını paylaşdı
Əzizlərimizi yaşatmağa gecikməyək' - Xalq artisti
Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi - Mərasimdən fotolar
Paşinyan müxalifəti tamamilə sıradan çıxarır
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?
Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək
İki ölkə arasında imzalanmış sənədlər mübadilə olundu - Fotolar
"Qarabağ" Martin Zlomisliçi transfer etdi
AZAL donanmasına dördüncü müasir "Airbus A320neo" əlavə olundu
Danışıqlar dayandırıldı - İran nümayəndələri məkanı tərk etdi
"Neftçi" kapitanlarla bağlı qərar verdi
Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib