Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək

Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcəkİşğaldan azad olunmuş ərazilərimizin quruculuğu, bərpası və orada yenidən məskunlaşma prosesi Möhtərəm Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı olaraq səfərlər edir. Bu səfərlər hər bir rayonun, şəhərin azad olunduğu gün reallaşır ki, bu da öz növbəsində ölkə başçısının işğaldan azad olunmuş hər bir əraziyə xüsusi diqqət və qayğısının olmasının göstəricisidir. Cənab Prezidentin hər səfəri bu ərazilərimizə əlavə bir nəfəs verir, yeni həyat gətirir. Hərbi əməliyyatların bitməsindən sonra cənab Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi  artıq Ağdamın gələcək inkişafı ilə bağlı bir çox önəmli addımlar atılıb və bu istiqamətdə işlər davam etdirilir. Oktyabr ayının 5-də cənab Prezident İlham Əliyevin Ağdam rayonuna etdiyi növbəti səfər də bu proseslərin dövlətin xüsusi diqqətində saxlandığını bir daha təsdiq edir.
Otuz ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam indi yenidən tikilir. Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və hətta burada olan daşlar belə oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər. 30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus mədəniyyət və dini abidələr, qəbiristanlıqlar dağıdılıb, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi geniş tikinti işləri gedir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  Ağdamda 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak edib.
Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edərək Azərbaycanın düşmən tapdağından azad edilmiş Ağdam Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı bölgələrindəki yaşayış məntəqələri tamamilə dağıdılaraq yerlə-yeksan edildiyini qeyd edib. Hətta ermənilərin işğal dövründə ərazilərimizə 1 milyondan çox mina basdırması Azərbaycana və azərbaycanlılara qarşı olan terror siyasətini bir daha nümayiş etdirdiyini vurğulayıb.
28 il davam edən danışıqlar prosesində işğalçılıq siyasəti yürüdən Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Buna görə danışıqlar heç bir nəticə vermədi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə, Azərbaycanın Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərinə baxmayaraq, heç bir nəticə əldə edə bilmədik. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. 
Azərbaycan uzun illər ərzində Ermənistanın ədalətsiz mövqeyinin dəyişməsi, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün səylər göstərsə də, real nəticə görünmədi, düşmən işğalçılıq yolundan dönmədi.  Ancaq Azərbaycan isə haqq-ədalət yolunda inamla irəlilədi. Ermənistan 30 il işğalı altında Azərbaycan torpağını saxlamaqla bərabər , sülh prosesini məqsədyönlü şəkildə pozurdu. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev "Dəmir yumruq" əməliyyatı ilə dünyaya sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Azərbaycan öz gücünə beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasına nail oldu.
Ağdamda keçirilən Milli Şəhərsalma Forumu həm işğalın nəticələrini, erməni vandallığını göstərmək, həm də Azərbaycanın qısa müddətdə azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərini dünyaya təqdim etmək baxımından olduqca əhəmiyyətlidir. 
Naftalan şəhər sakini Arzu Məmmədov / azxeber.com

Siyasi       Tarix: 07 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum

ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər

Ərdoğandan ABŞ ilə bağlı önəmli AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə apardığı danışıqlarda müdafiə sənayesi sahəsində birgə layihələrin perspektivlərini müzakirə etdiklərin

Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. İordaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo

Rusiyadakı azərbaycanlılara BƏD xəbər - Bundan sonra

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafi

Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik

Müasir memarlığın şah əsəri olan Bakıdakı məşhur Heydər Əliyev Mərkəzi Amerika Birləşmiş Ştatlarının 250 illik yubileyi şərəfinə Amerika bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, bunu Azərbaycan Prezidentini

Rusiyada bu yanacaq növü də qadağan edildi

Rusiya hökuməti daxili bazarda yanacaq təchizatını sabitləşdirmək və çatışmazlığın qarşısını almaq məqsədilə dizel yanacağının ixracına tam qadağa tətbiq edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimi

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdulla

Ukrayna Rusiyanın ordu generalına qarşı cinayət işi başlatdı - Gerasimovun başı dərddə

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Ofisi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov barəsində hərbi cinayətlər faktı üzrə cinayət işi başladıb. xəbər verir ki, b

Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar

ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. KONKRET.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qalacağı hotel onu


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler xankendi enson xeberler xeberler bugun