Ağdamda Birinci Baharlı qəsəbə məktəbinin açılışı oldu
Sentyabrın 7-də Ağdam rayonu Birinci Baharlı qəsəbə tam orta məktəbi üçün yeni inşa olunan tədris binasının açılış mərasimi keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov iştirak ediblər.
Məlumat verilib ki, 432 şagird yerlik məktəbdə 16 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, texnologiya otaqları, hərbi hazırlıq, informatika kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, STEAM və inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.
Açılış mərasimində tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, Ermənistan silahlı bölmələri tərəfindən 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması nəticəsində Ağdamda məktəb binalarına da ciddi ziyan dəymişdi. Onlardan biri də Birinci Baharlı qəsəbəsindəki məktəb idi. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"