Ağdaşdan Bakıya getmək istəyən koronavirus xəstəsi saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və evdə müalicə alan koronavirus xəstələri yoxlanılan zaman rayonun Sadavat kənd sakini Tahir Əhmədovun yaşadığı ünvanı tərk etdiyi məlum olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, T.Əhmədovun COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə alsa da o, qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və Bakı şəhərinə getmək istəyərkən saxlanılıb.
Koronavirus xəstəsi yaşadığı evə geri qaytarılıb.
İnfeksiyanın yayılmasına şərait yaradan və digərlərinin də sağlamlığını təhlükə altında qoyan T.Əhmədov barəsində Ağdaş Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.


Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı