Ağstafada gənclərin "BİRLİK" Regional Festivalı keçirildi - FOTOLAR
26 avqust 2024-cü il tarixində Ağstafa şəhəri Heydər Əliyev adına istirahət parkında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə "Ağstafa "BİRLİK" Regional Festivalı" uğurla baş tutub.
azxeber.com xəbər verir ki, festival Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Sonra rəsmi açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və digər rəsmi şəxslər çıxış edərək gənclərin inkişafı və milli dəyərlərin qorunması barədə vacib məqamları vurğulayıblar.
Daha sonra gənclər təşkilatlarının nümayəndələri qurulan stendlərdə öz təşkilatları və həyata keçirdikləri layihələr haqqında məlumat veriblər. Bununla yanaşı, onlar müxtəlif yarışmalar təşkil edib və yarışlar əsasında qalib gənclərə hədiyyələr, həmçinin öz təşkilatlarını təmsil edən promo məhsullar təqdim ediblər.
Günün sonunda keçirilən açıq hava konserti iştirakçılara unudulmaz anlar yaşadıb. Belə ki, istedadlı gənc ifaçılar və musiqiçilər səhnə alaraq təqdim etdikləri mahnılarla festival iştirakçılarının yaddaşında dərin iz buraxıblar.
Qeyd edək ki, daha əvvəl Quba və Sabirabad rayonlarında, Mingəçevir və Gəncə şəhərlərində baş tutan "BİRLİK" Regional Festivalının 5 regionda keçirilməsi nəzərdə tutulurdu. Ağstafada keçirilən festivalla layihəyə uğurla yekun vurulub.














Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat