Ağsuda karantini pozan şəxslər cərimələndi
Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində çölə çıxan vətəndaşların yoxlanışı zamanı 42 yaşlı İlqar Kərimovun icazəsiz çölə çıxdığı müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, o, telefonda "8103" SMS icazə sistemindən gələn mesajı göstərsə də, ancaq polis əməkdaşları tərəfindən həmin şəxs planşetlə yoxlanılan zaman onun adında heç bir icazənin olmadığı, İlqar Kərimovun qızının şəxsiyyət vəsiqəsi ilə icazə aldığı aşkarlanıb.
Şamaxı rayon sakini 22 yaşlı Kamal Əhmədov heç bir icazəsi olmadan ara yollarla Ağsu rayonuna gələrkən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o inzibati həbs olunub.
Həmçinin, rayonun Gəgəli kəndi ərazisində qardaşlar - Rza və Sakit Mirzəyevlər heç bir icazələri olmadan sərxoş vəziyyətdə çölə çıxıb, xuliqanlıq hərəkətləri etdiklərinə görə saxlanılıblar. Onların barəsində də Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunauyğun müvafiq tədbirlər görülüb.

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU