Ağsuda yaşadıqları ünvanları tərk edən COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb
Ağsuda Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, Ağsu rayonsakinləri - Cövdət və Rüfət Həsənov qardaşlarının və Sənani Əhmədovun COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin olunub və qaydalara riayət etmələri tapşırılıb. Buna baxmayaraq həmin şəxslər qaydaları pozaraq yaşadıqları ünvanları tərk ediblər və digərlərinin də sağlamlığına real təhlükə yaradıblar. Keçirilən tədbirlər nəticəsində onların rayon ərazisində olduqları yerlər müəyyən olunub. Həmin yerlərə həkim briqadası dəvət edilib və polis əməkdaşlarının da müşayiəti ilə yaşadıqları ünvanlara geri göndəriliblər.
Hər üç şəxs barəsində Ağsu RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb vəistintaq aparılır.

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı