AHİK İT sistemlərini "Hökumət buludu"na köçürüb
"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na köçürən növbəti dövlət qurumu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) olub.
AHİK informasiya sistemləri və ehtiyatlarını tam şəkildə AZCON Holding şirkətlərindən olan "AznTelecom" MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. "AzInTelecom" MMC tərəfindən AHİK-ə Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) "bulud" xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
Qeyd edək ki, "Hökumət buludu" layihəsinin icrası çərçivəsində dövlət qurumlarının İT sistemlərinin "AzInTelecom"a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
"AzInTelecom" MMC "bulud" xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən "TIER III" sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur. / azxeber.com

Xamenei buna görə kütlə qarşısına çıxmır - Əraqçi SİRLƏRİ AÇDI
Qəhrəmanov Vaqifin meyiti tapıldı - FOTO
Paşinyan Azərbaycana gəlmək istəyir
Gəmiyə hücumda ölən azərbaycanlıların kimlikləri bəlli oldu - RƏSMİ
"Barselona" Yamala şərt qoydu
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
Ronaldu antirekordunu təkrarladı
Ermənistanda seçki: Zəngəzurdakı nəticə şok edir – TƏCİLİ
Rusiya ilə bu münasibətlərə ehtiyac var - Mirzoyan
Son 2 gün: Ermənistanda kim qalib gələcək?
SON DƏQİQƏ: Paşinyandan Putinə SƏRT MESAJ: Rusiya üçün Ukrayna SSENARİSİ
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
4 yaşlı uşağı maşın vurdu