Aİ Azərbaycanın köməyi ilə ərsəyə gələn qlobal layihəyə və İlham Əliyevə dəstəyini ifadə etdi
Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin qəbul etdiyi birgə bəyannamədə bir daha sübut olundu ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığının bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edir.
Publika.az xəbər verir ki, Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunub.
Qeyd edək ki, bu məqamlar tamamilə Azərbaycanın post-münaqışə gündəliyinə uyğundur.
Şərq Tərəfdaşlığı regionunda münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın vacibliyi qeyd olunur.
Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli müfəssəl sazişlə bağlı aparılan danışıqlarda əldə edilmiş tərəqqi alqışlanır.
Cənub Qaz Dəhlizi layihəsinin başa çatması alqışlanır. Qeyd olunur ki, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsidir.
Bununla da Avropa İttifaqı Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş qlobal layihəyə öz dəstəyini ifadə edib.
Sənəddə bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadə etməsinin vacibliyi qeyd olunur. Bununla da Aİ faktiki olaraq Qoşulmama Hərəkatının sədri, Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyevin "peyvənd millətçiliyi"nə qarşı mövqeyinə dəstəyini ifadə edib.
Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmadı. Bununla Azərbaycan bir daha nümayiş etdirdi ki, onun üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xəttdir. Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir. Azərbaycan öz dostlarını heç vaxt darda qoymur.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var