"Aİ Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir" - Zatulin
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Avropa İttifaqı ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi ilə bağlı Aİ-nin qətnaməsini şərh edib.
KONKRET.az-ın məlumatına görə, o bildirib ki, bu, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə və bu ittifaq çərçivəsində Ermənistanın iştirakı ilə bağlanmış sazişlərə yenidən baxılmasını tələb edir.
Zatulinin sözlərinə görə, Avropa İttifaqı Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir.
"Sözügedən qətnamə Ermənistanın Avropa İttifaqı üçün mühüm ölkə olması ilə bağlı deyil. Onlar Ermənistanın və postsovet məkanındakı digər ölkələrin, Rusiyanın müttəfiqlik öhdəliklərindən imtina etməsi fonunda öz niyyətlərini reklam edirlər. Avropa İttifaqı Moskva-İrəvan münasibətlərinə xəyanət edən Ermənistan hakimiyyətinin davranışından faydalanmağa çalışır", – deyə Zatulin bildirib.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək