Aİ iki ölkəni mərhələli şəkildə Şengenə inteqrasiya edəcək
Aİ iki ölkəni mərhələli şəkildə Şengenə inteqrasiya edəcək
Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin mart ayından etibarən dəniz və hava sərhədlərində Rumıniya və Bolqarıstan üçün Şengen zonası daxilində sərhəd nəzarətini ləğv etmək qərarına gəlib.
Bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib.
Qeyd olunub ki, Aİ Şurasının üzvləri bu qərarı yekdilliklə qəbul ediblər.
"Bu addım səyahəti, ticarəti, turizmi stimullaşdıracaq və daxili bazarı gücləndirəcək", - deyə AK-nin məlumatında bildirilib.
Bildirilib ki, quru sərhədlərində nəzarət hələ də davam edir. Bu məsələ ilə bağlı addımların müzakirəsi 2024-cü ildə də davam etdiriləcək.
"Genişləndirilmiş Şengen zonası Aİ-ni həm daxildə, həm də dünya miqyasında bir birlik kimi daha güclü edəcək", - deyə Avropa Komissiyası vurğulayır.
Xatırladaq ki, sentyabrda AK rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) ölkələrini Rumıniya və Bolqarıstanı dərhal Şengen zonasına qəbul etməyə çağırmışdı. Onun sözlərinə görə, Rumıniya və Bolqarıstan sığınacaq və repatriasiya sahəsində yaxşı nümunə göstəriblər.
Mənbə: lenta.ru / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu