"Aİ informasiya müharibəsində Rusiyaya uduzur" - Politico
Jurnalistlər Rusiya və Avropa İttifaqı nümayəndələrinin son bəyanatlarını təhlil ediblər. Onlar belə qənaətə gəliblər ki, Aİ informasiya müharibəsində uduzur.
KONKRET.azUNİAN-a istinadən xəbər verir ki, bu barədə "Politico"nəşri yazıb.
Bildirilir ki, iyulun 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov gözlənilən qlobal ərzaq böhranında Qərbi günahlandıran məqalə dərc edib. Onlarla media orqanı tez bir zamanda bunu işıqlandırıb və Facebook-da minlərlə insan məqaləni paylaşıb.
Aİ-də "RT" və "Sputnik"ə qarşı genişmiqyaslı sanksiyalara baxmayaraq, Rusiya mediası bütün dünyada milyonlarla insana Rusiya təbliğatını çatdırmaqda davam edir. Avropa Birliyi Rusiyanın yalanlarına müqavimət göstərə bilmir.
"Ola bilsin ki, Rusiya mediasının auditoriyası müharibə başlayandan bəri azalıb. Amma o demək deyil ki, başqa yerdə auditoriya tapmır", – Demokratiyanın Təminatı Alyansının qrup rəhbəri belə deyib.
Balkanlar üzrə fakt yoxlayıcı Tiyana Tsvetichaninin dediyinə görə, rusiyayönlü yerli media da müntəzəm olaraq "RT" və "Sputnik" məlumatlarına yer verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov müttəfiqlər tapmaq ümidi ilə Afrika ölkələrinə turneyə çıxıb. Heç kimə sirr deyil ki, bir çox Afrika ölkələri SSRİ dövründən Moskvadan asılı vəziyyətdə olublar. Rusiya bu günə qədər Afrikada öz təsirini qoruyub saxlaya bilib.
Qahirədə Ərəb Liqasına üzv ölkələrin daimi nümayəndələri ilə görüşü zamanı Lavrov bəyan edib ki, Rusiya ukraynalıları "anti-xalq və anti-tarixi rejim"dən qurtulmağa kömək edəcək.
Bundan əlavə, Konqo xarici işlər naziri ilə mətbuat konfransı zamanı Lavrov bildirib ki, İstanbulda Ukrayna taxılının ixracına dair razılaşmalar Moskvaya Ukraynaya qarşı müharibəni davam etdirməyi qadağan etmir.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?