Aİ komissarı: "Ukraynanın 2024-cü ilə qədə Aİ-yə daxil olması real görünür"
"Ukrayna Aİ-yə daxil olmaq üçün lazım olan islahatları tam şəkildə başa çatdıra bilməsə də, onun 2024-cü ilə qədər ittifaqa inteqrasiyası real görünür".
KONKRET.az xəbər verir ki, bunu Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib:
"Avropa siyasətinin bir çox mühüm sahələrini nəzərə alsaq, üzvlük üçün bütün hazırlıq bir və ya iki ildən çox vaxt aparacaq".
Eyni zamanda o qeyd edib ki, ölkənin ittifaqa daxil olması ilə bağlı konkret tarixləri razılaşdırmaq mümkün olmayıb.
Qeyd edək ki, Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina 2024-cü ilin sonuna kimi Avropa İttifaqına üzv olmaq niyyətini açıqlayıb.
Xatırladaq ki, iyun ayında Ukraynaya Avropa İttifaqına üzvlüyə namizəd statusu verilib. Sentyabrın 30-da isə ölkə NATO-ya üzv olmaq üçün müraciət edib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü