Aİ sədri ilə Putin Belarusdakı vəziyyəti müzakirə etdi
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Ş. Mişel "Twitter"də bildirib.
"Dünən Aİ-yə üzv 27 ölkə öz gələcəyini müəyyənləşdirmək istəyən Belarus xalqı ilə həmrəyliyini ifadə etdi. Bu gün bunu mən Rusiya Prezidenti Vladimir Putinə təkrar bildirdim", - deyə Ş. Mişel qeyd edib.
Aİ Şurasının Prezidenti əlavə edib ki, böhrandan çıxış siyasi inklüziv dialoq, dinc və demokratik proseslə mümkündür.
Xatırladaq ki, dünən Aİ Belarusdakı vəziyyətlə bağlı təcili videokonfrans keçirib. Yekun olaraq bildirilib ki, Aİ Belarusdakı seçkilərin nəticələrini qəbul etmir və ölkədə etirazçılara göstərilən zorakılıq, repressiyalara görə məsuliyyət daşıyan individual şəxslərə qarşı sanksiyalar tətbiq olunacaq.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək