Akar: "Türkiyə Silahlı Qüvvələrinin inventarında kimyəvi silah yoxdur"
"İraq və Suriya başda olmaqla bütün qonşularımızın sərhədlərinə, suverenlik hüquqlarına hörmətlə yanaşırıq. Yeganə məqsədimiz ölkəmizin, millətimizin müdafiəsi və təhlükəsizliyidir".
KONKRET.az"Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O, Türk Silahlı Qüvvələrinin (TSQ) terrorla mübarizə əməliyyatlarında kimyəvi silahdan istifadə etməsi iddiasını əsassız və böhtan adlandırıb:
"Türkiyə Silahlı Qüvvələrinin inventarında kimyəvi silah yoxdur. Beynəlxalq hüquqa hörmətimiz var. İnancımızda, mədəniyyətimizdə işgəncə və təqib yoxdur".
Onun sözlərinə görə, bu iddialarla bağlı cinayət işi qaldırılıb:
"Bunu edənlər məhkəmə qarşısında cavab verəcək".
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü