Akart iki beynəlxalq mükafata layiq görüldü

Akart iki beynəlxalq mükafata layiq görüldüAzərbaycan Respublikasının Mərkəzi Bankının 001 nömrəli lisenziyası ilə fəaliyyət göstərən A-Solutions Elektron Pul Təşkilatı MMC beynəlxalq səviyyədə nailiyyət əldə edib. İnnovativ maliyyə həlli olan akart nüfuzlu International Finance Awards çərçivəsində "Ən Yaxşı Yeni Təmassız Elektron Pulqabı" və "Ən İnnovativ Yeni Virtual Kart Fintex Həlli" nominasiyalarında qalib seçilib.
Bu mükafat təşkilatın innovasiya yönümlü inkişaf strategiyasının, müştəri ehtiyaclarına fokuslanan yanaşmasının və rəqəmsal maliyyə sahəsində tətbiq etdiyi fərqli həllərin beynəlxalq miqyasda tanınmasının göstəricisidir.
A-Solutions Elektron Pul Təşkilatının Baş icraçı direktoru Həsən Həsənov beynəlxalq nailiyyətlə bağlı fikirlərini belə ifadə edib: "Qazanılan mükafatlar məhsulumuzun keyfiyyətinin və komandamızın istifadəçilərə daim təkmilləşən təcrübə təqdim etmək istiqamətində göstərdiyi səylərin nəticəsidir. Məqsədimiz - müştərilərimizin həyatını asanlaşdırmaq, onlara rahat və əlçatan maliyyə həlləri təqdim etməkdir. Bu uğurun əldə olunmasında müştərilərimizin etimadı, komandamızın əməyi və tərəfdaşlarımızın davamlı dəstəyi mühüm rol oynayıb".
Ölkəmizdə rəqəmsal maliyyəyə çıxışı genişləndirmək məqsədilə akart istifadəçiləri üçün davamlı olaraq yeni funksiyalar təqdim edir. Diqqətçəkən yeniliklərdən biri kiçik məbləğli kreditlərin sürətli və tam rəqəmsal şəkildə əldə edilməsinə imkan verən "Tamamla" məhsuludur. Xüsusi qiymətləndirmə modeli əsasında təqdim olunan bu həll maliyyə xidmətlərinə çıxışı asanlaşdırır və gündəlik ehtiyacların operativ şəkildə qarşılanmasına şərait yaradır.  
Oyun mexanikası əsasında qurulan "Şansını akart-da Tap!" kampaniyası istifadəçilərə ödənişlər zamanı hədiyyələr və internet bonusları qazandıraraq gündəlik xərcləri daha sərfəli edib. Böyük marağı nəzərə alaraq, kampaniyanın mütəmadi olaraq istifadəçilərə təqdim olunması planlaşdırılır.
1 sentyabr tarixindən etibarən akart keşbek loyallıq proqramını yeniləyərək istifadəçilərə onların maraq və həyat tərzinə uyğun kateqoriyaları seçmək imkanı yaradıb. Bu dinamik yanaşma kateqoriya çeşidinin genişləndirilməsi və aylıq qazanc limitinin artırılması ilə yanaşı, istifadəçilərə daha fərdiləşdirilmiş və rahat təcrübə təqdim etməyi hədəfləyir. 
Bundan əlavə, AZAL Miles ilə əməkdaşlıq çərçivəsində müştərilərə topladıqları milləri səyahətlə yanaşı, mobil və kommunal ödənişlərdə də istifadə imkanı ilk akart tərəfindən yaradılıb.
Həmçinin təqdim edilən "aKredit" xidməti vasitəsilə istifadəçilər banka getmədən, cəmi iki dəqiqə ərzində 25,000 AZN-ə qədər nağd krediti tam rəqəmsal formada əldə edə bilirlər.
Bu yeniliklər akart-ın rəqəmsal maliyyə bazarında mövqeyini daha da möhkəmləndirməklə yanaşı, istifadəçilərə daha rahat və sürətli  xidmətlər təqdim etməyə imkan yaradıb. A-Solutions Elektron Pul Təşkilatı istifadəçi təcrübəsini zənginləşdirəcək yeni funksionallıqlar və yaradıcı həllər üzərində işləyir və daim inkişaf edən rəqəmsal maliyyə sahəsində yeniliklər təqdim etməyə davam edir. / azxeber.com

İqtisadiyyat       Tarix: 03 sentyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün cəbhədən görüntülər xeber.az 2026 krminal bu gun